17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO

Azərbaycanda 17 yaşlı şəxslərin sürücülük vəsiqəsi ala bilməsi ilə bağlı suallar yaranıb. Son günlər bu məsələ ilə bağlı müzakirələrin artması vətəndaşlar arasında qanunvericiliyin dəyişdirildiyi barədə yanlış təsəvvür formalaşdıra bilər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev məsələ ilə bağlı açıqlama verib.
Ekspert bildirib ki, son günlər çoxsaylı vətəndaş ona müraciət edərək 17 yaşında sürücülük vəsiqəsi almağın mümkün olub-olmadığını soruşub. Onun sözlərinə görə, bu məsələdə qanunvericilikdə hər hansı dəyişiklik yoxdur və sürücülük vəsiqəsi almaq üçün şəxsin 18 yaşı tamam olmalıdır.
Rauf Ağamirzəyev sürücülük vəsiqəsinin əldə edilməsi ilə bağlı yayılan məlumatlara diqqətlə yanaşmağı və yalnız rəsmi məlumatlara əsaslanmağı tövsiyə edib.
Qeyd edək ki, sürücülük hüququnun əldə edilməsi üçün yaş həddi nəqliyyat vasitəsinin kateqoriyasından asılı olaraq dəyişə bilər. Ekspertin açıqlaması minik avtomobillərini idarə etmək üçün tələb olunan yaş həddinə aiddir.
Eltac Zülfüqaroğlu
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO












