Aeroport yolunda kim hansı zolaqla hərəkət etməlidir? – Mütəxəssis AÇIQLADI - VİDEO

Paytaxtın əsas magistrallarından biri olan Aeroport yolunda sürücülərin hansı zolağı seçməsi ilə bağlı mühüm məqamlar açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov məlumat verib. Onun sözlərinə görə, hərəkət zolağının seçimi sürücünün təcrübəsindən və günün hansı vaxtında yolda olmasından birbaşa asılıdır.
Sürücülük təcrübəsi az olanlar üçün ən uyğun və təhlükəsiz seçim sağdan ikinci zolaq hesab olunur. Bu zolaq həm sabit hərəkət imkanı yaradır, həm də sağ zolaqda tez-tez rast gəlinən risklərdən uzaq qalmağa kömək edir. Belə ki, birinci zolaqda avtobusların dayanması, yanacaqdoldurma məntəqələrindən çıxan nəqliyyat vasitələri və digər gözlənilməz manevrlər əlavə təhlükə yaradır.
Aqil Rəhimov bildirib ki, təcrübəsi daha çox olan sürücülər üçün isə üçüncü zolaq daha məqsədəuyğun hesab edilir. Bu zolaq həm daha sürətli hərəkətə imkan verir, həm də qəfil vəziyyətlərdə manevr etmək üçün müəyyən qədər təhlükəsiz sahə yaradır.
Ən sol zolağın daim istifadə olunmasını isə tövsiyə etmir. Onun sözlərinə görə, bu zolaqda yüksək sürətlə hərəkət edən avtomobillər arxadan yaxınlaşaraq digər sürücülərə təzyiq göstərə bilər. Bundan əlavə, sağ tərəfdə digər nəqliyyat vasitələrinin olması hallarında manevr imkanları məhdudlaşır və bu da riskləri artırır. Həmçinin yol kənarında qəfil peyda ola biləcək piyadalar və ya digər maneələr də bu zolaqda əlavə təhlükə yaradır.
Məşqçi gecə saatlarında hərəkətlə bağlı da xüsusi xəbərdarlıq edib. O bildirib ki, yol işıqlandırılsa da, bəzi ərazilərdə işıqlandırma zəif olur və bu, xüsusilə qaranlıq geyimli piyadaların vaxtında görünməsini çətinləşdirir. Bu səbəbdən gecə saatlarında sürücülərə soldan ikinci zolaqda hərəkət etmələri və sürət həddini aşmamaları tövsiyə olunur.
Düzgün zolaq seçimi sürücülərin təhlükəsizliyinə birbaşa təsir edir və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












