Avtobusda rahatlıq və təhlükəsizlik üçün bu qaydalara əməl edin – VİDEO

İctimai nəqliyyatdan istifadə zamanı sərnişinlərin riayət etməli olduğu bəzi yazılmamış qaydalar həm səfərin daha rahat keçməsinə, həm də qarşılıqlı hörmət mühitinin formalaşmasına töhfə verir.
Avtosfer.az xəbər verir ki, aktyor İlkin Həsəninin hazırladığı maarifləndirici videoçarxda avtobuslarda davranış qaydaları ilə bağlı bir sıra vacib məqamlara diqqət çəkilib.
Videoçarxda qeyd olunur ki, sərnişinlər bel çantalarını kürəklərində deyil, əllərində saxlamalıdırlar. Bu, həm digər sərnişinlərin hərəkətini asanlaşdırır, həm də avtobusda yerə qənaət edilməsinə kömək edir.
Bundan başqa, avtobusdakı oturacaqların yalnız sərnişinlər üçün nəzərdə tutulduğu vurğulanır. Çantaların və digər əşyaların oturacaqlara qoyularaq yer tutulması düzgün davranış hesab edilmir.
Maarifləndirici videoda avtobus qapılarının qarşısında dayanmağın da sərnişinlərin minib-düşməsinə mane olduğu bildirilir. Bu səbəbdən qapıların ətrafının mümkün qədər boş saxlanılması tövsiyə olunur.
İlkin Həsəni ictimai nəqliyyatda digər insanların şəxsi həyatına hörmətlə yanaşmağın vacibliyini də xatırladıb. Belə ki, digər sərnişinlərin telefon ekranına baxmaq, mesajlarını oxumağa çalışmaq və ya onların şəxsi məkanını pozmaq etik davranış sayılmır.
Videoçarxda həmçinin avtobuslarda qidalanmağın, xüsusilə sərnişin sıxlığının yüksək olduğu vaxtlarda digər insanlarda narahatlıq yarada biləcəyi qeyd edilir.
Təhlükəsizlik məsələsinə də toxunan aktyor avtobusda ayaqüstə gedən sərnişinlərə tutacaqlardan istifadə etməyi tövsiyə edib. Bu, qəfil əyləclənmə və ya hərəkət zamanı yarana biləcək xəsarət riskini azaltmağa kömək edir.
Videoçarxda sərnişinlərə AYNA tətbiqindən istifadə etmək də tövsiyə olunur. Bildirilir ki, tətbiq vasitəsilə gözlənilən avtobusun dayanacağa çatma vaxtını və hərəkət intervalını real vaxt rejimində izləmək mümkündür.
Qeyd olunur ki, bu sadə qaydalara əməl etməklə ictimai nəqliyyatda daha rahat, təhlükəsiz və mədəni səyahət mühiti formalaşdırmaq mümkündür.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












