Avtomobil idarə edən sürücünün diqqəti hansı səbəblərdən pozulur? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO

Sükan arxasında diqqətin yayınmasının əsas səbəblərindən biri psixoloji gərginlik və gündəlik problemlərdir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Avto FM”in efirində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov danışıb. O bildirib ki, insanların sükan arxasında fikirli olması həyatın təbii axarı ilə bağlıdır, çünki hər kəs gündəlik problemlərlə üzləşir.
Heç bir cəmiyyət və ya dövr problemsiz olmayıb. Lakin əsas məsələ həmin problemlərin sükan arxasında sürücünün diqqətinə necə təsir etməsidir. Aqil Rəhimov sürücülərə mühüm tövsiyə verərək bildirib ki, avtomobilə əyləşdikdən sonra A nöqtəsindən B nöqtəsinə çatana qədər şəxsi problemləri mümkün qədər kənara qoymaq lazımdır.
Sürücü yol boyu problemlər haqqında düşündükdə diqqəti yayınır, bu isə yol hərəkəti qaydalarının pozulmasına, cərimələrə və daha ciddi nəticələrə səbəb ola bilər. Diqqətsiz sürücülük daha ağır yol-nəqliyyat hadisələrinə gətirib çıxara bilər və bu zaman əvvəl düşündüyü problem daha kiçik görünə bilər.
Aqil Rəhimov əlavə edib ki, sürücülər sükan arxasında əsas diqqəti yola yönəltməli, təhlükəsiz şəkildə mənzil başına çatmağı prioritet hesab etməlidirlər. Onun sözlərinə görə, şəxsi məsələlər barədə düşünmək üçün daha uyğun vaxt və şərait seçilməlidir.
Düzgün psixoloji yanaşma və diqqətli sürücülük həm şəxsi təhlükəsizliyi təmin edir, həm də yollarda ümumi riskləri azaldır.
Eltac Zülfüqaroğlu
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO












