Avtomobil idarə edərkən kimlər kəmər taxmaya bilər? - QANUN NƏ DEYİR? - VİDEO

Ölkə ərazisində yol polisinin təşkil etdiyi maarifləndirmə tədbirlərinə, eləcədə tərtib olunan cərimələrə baxmayaraq, sürücülər hələ də təhlükəsizlik kəmərindən istifadə etmirlər.
Qanunvericilikdə yalnız bir-neçə halda sürücülərin kəmər taxmamaq kimi icazələri var.
Mövzu ilə bağlı Avtosfer.az-a açıqlama verən nəqiliyyat eksperti Eldəniz Cəfərov deyib ki, avtomobili idarə edən şəxsin təhlükəsizlik kəməri taxması onun ilk növbədə özünə vacibdir: 
“İnzibati Xətalar Məcəlləsində də bildirilib ki, kəmər taxmayan şəxslər cərimələnir. Amma yenə də təkrar edirəm bu insanın özünə vacibdir. Həmçinin avtomobildə olan digər şəxslərində kəmər taxması onların təhlükəsizliyi üçün vacib olan amildir. Qəza zamanı təhlükəsizlik kəmərini taxmış şəxsləri travma və xəsarətlərdən ən azı 45% kəmərlər qoruyur. Çox təəssüf ki, bəzən biz görürük ki, sürücülər təhlükəsizlik kəmərindən istifadə etsələr də sərnişinlər ümumiyyətlə bu kəmərdən taxmırlar və burada da böyük yanlışlığa yol verirlər. Ona görə də bilmək lazımdır ki, nəinki sürücü, həmçinin sürücünün yanında əyləşən sərnişində əgər təhlükəsizik kəməri taxmayıbsa, o da məsuliyyətə cəlb edilə, hətta cərimə də oluna bilər”.
Məsələ ilə bağlı “Avto FM” radiosunun efirində qonaq olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov deyib ki, qanunda bir sıra şərtlər var ki, həmin hallarda sürücülər təhlükəsizlik kəmərindən istifadə mövzusunda azaddır:
“Hamilə qadınlar hamiləlik dövründə taxmaya bilər. Polislər də şəhər içində kəmər taxmaya bilərlər, amma rayonlara gedəndə taxmalıdırlar.
Təlim müəllimləri həmçinin özləri sükan arxasında olan zaman taxmalıdırlar, amma tələbənin yanda oturduğu zaman taxmamalıdır. Çünki şagirdlərə kömək etmək lazım olur.
Avtomobili arxaya doğru sürərkən də kəmər taxmamaq olar”.
Aqil Rəhimovun “Avto FM”-in efirindəki həmin müsahibəsini təqdim edirik:
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












