Avtomobil mühərrikini yumada yol verilən səhvlər - Ekspertdən vacib XƏBƏRDARLIQ

Mühərrikin düzgün yuyulmaması ciddi problemlərə - qısaqapanma, suyun elektron sistemlərə keçməsi və hətta bahalı təmir ehtiyacına səbəb ola bilər.
Avtosfer.az-ın "Rossiyskaya qazeta"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil eksperti Aleksandr Smit xəbərdarlıq edib.
O, mühərrik yuyulmasında yol verilən ən yayılmış səhvləri açıqlayıb. Onları təqdim edirik:
- İsti mühərriki yumaq olmaz. Bu, metal hissələrdə çatlara və contalarda sızmalara səbəb ola bilər.
- Elektron hissələr izolyasiya edilməlidir. Akkumulyator ayırılmalı, beyin bloku (ECU), generator və ABS sistemi qorunmalıdır.
- Yüksəktəzyiqli su ehtiyatla istifadə olunmalıdır. Kerxer kimi cihazlardan istifadə zamanı suyu çox yaxın məsafədən vurmaq incə naqillərə və birləşmələrə zərər verə bilər.
- Yuma sonrası mütləq qurudulmalıdır. Havanın təzyiqi ilə suyun hopduğu hissələr qurudulmalı, rezin və plastik hissələr qoruyucu maddələrlə işlənməlidir.
Ekspert tövsiyə edir ki, mühərrik yuyulmasını ya mütəxəssislərə həvalə edin, ya da bu məqamları nəzərə alaraq ehtiyatlı olun.(oxu.az)
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO












