Avtomobil saatda 110 kilometrlə hərəkət edəndə sükan niyə titrəyir? – Usta səbəbləri AÇIQLADI

Avtomobilin sükanı titrəməsi sürücülük zamanı ciddi narahatlıq yaradır və həm sürücünün, həm də sərnişinlərin təhlükəsizliyini risk altına alır. Bu problem yalnız komfort məsələsi deyil, eyni zamanda avtomobilin texniki vəziyyətinə dair xəbərdarlıq əlaməti hesab olunur. Sükan titrəməsi zamanı avtomobilin balanssız təkərləri, köhnəlmiş asqı sistemi, əyilmiş disklər və ya sükan mexanizmi ilə bağlı potensial nasazlıqlar nəzərə çarpır.
Belə vəziyyətlər uzun müddətdə avtomobilin digər komponentlərinə də zərər verə bilər və qəza riskini artırır. Sürücülər bu əlaməti gördükdə problemi vaxtında müəyyən edib müvafiq texniki baxışdan keçirməlidirlər ki, həm özlərinin, həm də yol hərəkətində digər iştirakçıların təhlükəsizliyi təmin olunsun.
Bəs avtomobilin sükanı titrəyirsə, bu problemi necə aşkar etmək və təhlükəsiz sürüşü necə təmin etmək olar?
Mövzu ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobilin sükanının 110 kilometr-saat sürətlə hərəkət zamanı titrəməsi təkərlərin balansı ilə bağlı problem olduğunu göstərir:

“Avtomobilin sükanının əyləc zamanı titrəməsi isə əyləc dayaqlarının, yəni “apornu” disklərin əyləc sistemi ilə bağlı problem olduğunu göstərir. Bu, daha çox rayonlara getdikdə, eniş-yoxuşlu yollarda və avtomobili aqressiv sürüş tərzi ilə əyləcləndikdə meydana çıxır; belə halda əyləc dayaqları daha tez aşınır.
Balanslı təkərlər isə hər 10–15 min kilometrdən bir balans edilməlidir. Düz yollarda 110–120 kilometr-saat sürətdə, normal sürüş şəraitində titrəmə varsa, bu, balans probleminin göstəricisidir”.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












