Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT

Avtomobil salonunda istifadə olunan ətirlərin seçimi sürücünün rahatlığına və səfər zamanı özünü necə hiss etməsinə təsir göstərə bilər. Xüsusilə kəskin və ağır qoxular uzunmüddətli səfərlər zamanı narahatlıq, yorğunluq və baş ağrısı yarada bilər.
Avtosfer.az xəbər verir ki, bu səbəbdən avtomobil üçün ətir seçərkən daha yüngül və xoş qoxulara üstünlük verilməsi tövsiyə olunur.
Mütəxəssis bildirib ki, sürücülər avtomobillərində əsasən sitrus, aromatik və digər yüngül qoxulardan istifadə etməlidirlər. Belə ətirlər salon daxilində xoş atmosfer yaratmaqla yanaşı, kəskin qoxuların yaratdığı narahatlıq riskini də azalda bilər.
Qeyd olunub ki, tünd və ağır qoxular xüsusilə uzun məsafələr qət edən sürücülərdə yorğunluq əlamətlərinə, baş ağrısına və digər narahatlıqlara səbəb ola bilər. Buna görə də avtomobil üçün ətir seçərkən onun intensivliyinə və sürücünün fərdi həssaslığına diqqət yetirmək vacibdir.
Digər tərəfdən, soyuq aylarda gündəlik istifadə üçün odunsu, ədviyyatlı və qurman qoxu ailəsinə aid ətirlərə üstünlük verilə bilər. Bu qoxular daha isti və rahat atmosfer yaratdığı üçün payız-qış mövsümündə aktual seçimlər hesab olunur.
Mütəxəssis sürücülərə tövsiyə edir ki, avtomobil ətiri seçərkən əsas meyar qoxunun kəskinliyi deyil, səfər boyunca rahatlıq yaratması olsun.
Eltac Zülfüqaroğlu
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO












