Avtomobili yuxulu halda idarə etmək əleyhinə sistem yaradılıb – ARAŞDIRMA - FOTO

Sürücülərin bir çox hallarda yuxulu halda avtomobil idarə etməsi dünya üzrə milyonlarla yol qəzasına səbəb olur. Nəticədə, ən yüngül halda xəsarət, daha ağır halalrda isə ölüm faktları qeydə alınır.
Avtosfer.az xəbər verir ki, sürücülərin sükan arxasında göz qapaqlarının ağırlaşması, əsnəməsi və diqqətin yayınması ağır nəticələrə yol aça bilər. Məhz buna görə avtomobil istehsalçıları sürücünün yorğunluğunu aşkar edən sistemlər hazırlayıb.
Hazırda bir çox müasir nəqliyyat vasitəsi sükan arxasındakı sürücünün yorğun olduğunu müəyyən edə bilən texnologiyalarla təchiz olunur. Bu sistemlər əsasən iki prinsip üzərində qurulub. Dolayı sistemlər sükan çarxının idarəsindəki dəyişiklikləri, avtomobilin zolaqda istiqamətini və sürətinin qeyri-stabilliyini analiz edir. Avtomobilin sola və sağa tez-tez sürüşməsi, qəfil sürət dəyişikliyi və nizamsız idarəetmə yorğunluğun əlamətləri kimi qiymətləndirilir.

Birbaşa izləmə sistemlərində isə sükan arxasında yerləşdirilən infraqırmızı kameralar sürücünün göz qırpma tezliyi, başın əyilmə bucağı və baxış istiqamətini təhlil edir. Bu sistemlər eynək taxan sürücülərdə də effektiv işləyə bilir.
Yorğunluq aşkar edildikdə, avtomobil sürücünü müxtəlif yollarla xəbərdar edir: ekranda qəhvə fincanı işarəsi, səsli siqnallar, sükanın titrəməsi və oturacaqda vibrasiya bu xəbərdarlıqlara daxildir. Bəzi inkişaf etmiş modellər hətta GPS vasitəsilə yaxınlıqdakı istirahət məntəqəsini də təklif edir.
Qeyd edilməlidir ki, bu sistemlər sürücünü oyatmaq üçün deyil, istirahət etməyə çağırmaq üçün nəzərdə tutulub. Yəni xəbərdarlıq gəldikdə, yola davam etmək yox, dayanmaq tövsiyə olunur.
Bununla belə, bu sistemlərin də bəzi məhdudiyyətləri var. Məsələn, dolayı sistemlər səyahətə artıq yorğun vəziyyətdə başlayan sürücüləri düzgün qiymətləndirə bilmir. Eyni zamanda, birbaşa izləmə sistemləri güclü gün işığında və ya gecə vaxtı zəifləyə bilər. Şəhər içində isə sistemlərin aktivliyi aşağı olur, çünki adətən müəyyən sürətdən sonra işə düşür.

Bütün bu məhdudiyyətlərə baxmayaraq, statistikalar göstərir ki, bu texnologiyalar yol qəzalarının və xüsusilə ölümlə nəticələnən hadisələrin qarşısının alınmasında mühüm rol oynayır. Bu səbəbdən sürücülərin belə sistemlərin xəbərdarlıqlarına ciddi yanaşması və yolda özlərini yox, həm də digərlərinin həyatını təhlükəyə atmaması son dərəcə vacibdir.
Eltac Zülfüqaroğlu
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












