Avtomobilin bu funksiyasını uzun müddət işlətmək təhlükəlidir – ARAŞDIRMA

Avtomobilin içərisindəki hava dövriyyəsini təmin edən resirkulyasiya düyməsi sürücülər tərəfindən isti havalarda kondisioneri tez soyutmaq üçün tez-tez istifadə olunur.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bu düyməni 20 dəqiqədən uzun müddət aktiv saxlamaq həyati təhlükə yarada bilər.
Resirkulyasiya düyməsi xaricdən təmiz hava çəkmək əvəzinə avtomobilin içindəki havanı dövriyyəyə salır. Bu, kondisionerin daha tez soyutmasına kömək etsə də sərnişinlərin nəfəs aldığı karbon dioksid (CO2) səviyyəsini sürətlə artırır. Nəticədə yuxululuq, baş ağrısı, yorğunluq və reaksiyaların ləngiməsi kimi simptomlar yarana bilər. İnsan sayı artdıqca risk daha da yüksəlir.
Həkim Christabel Akinola sosial media hesabında bir ailənin təhlükəli hadisəsini paylaşaraq diqqət çəkib. O bildirib ki, səyahət zamanı uşaqlardan biri səhvən düyməni basdıqdan sonra avtomobildə olanlar huşunu itirərək qəza riskinə məruz qalıblar.
Elmi araşdırmalar da bu təhlükəyə işıq tutur. “Environmental Science and Pollution Research” jurnalında dərc edilən araşdırmaya görə, bir neçə nəfərin olduğu avtomobillərdə resirkulyasiya düyməsi 20 dəqiqədən uzun işlədildikdə karbon dioksid səviyyəsi sürətlə təhlükəli həddə çatır.
Ekspertlər tövsiyə edir ki, düymə yalnız kondisioneri işə salarkən qısa müddət istifadə olunsun və sonra avtomobil xaricdən təmiz hava çəkəcək vəziyyətə gətirilsin. Bu, həm sərnişinlərin sağlamlığını qoruyur, həm də təhlükəli vəziyyətlərin qarşısını alır.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












