Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO

Avtomobil sahibləri nəqliyyat vasitələrinin buferini dəyişərkən bunun qanun pozuntusu hesab edilib-edilməyəcəyi və cəriməyə səbəb olub-olmayacağı ilə maraqlanırlar.
Bəs qanunvericilikdə buferin dəyişdirilməsi ilə bağlı hansı tələblər nəzərdə tutulur?
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Ağamirzəyev bildirib ki, avtomobilin buferi passiv elementlərdən biridir və qanunvericilikdə onun dəyişdirilməsinə görə birbaşa cərimə nəzərdə tutan ayrıca maddə yoxdur.
Ekspertin sözlərinə görə, avtomobilin buferini dəyişdirmək mümkündür və bu əməl özlüyündə qayda pozuntusu hesab edilmir. Lakin buferin ümumiyyətlə olmaması fərqli məsələdir. Avtomobili bufer olmadan idarə etmək qayda pozuntusu sayılır və buna görə 50 manat məbləğində cərimə tətbiq edilir.
Rüfət Ağamirzəyev qeyd edib ki, buferin dəyişdirilməsi ilə bağlı ayrıca məhdudiyyət nəzərdə tutulmasa da, sürücülər avtomobilin konstruksiyasına müdaxilə zamanı digər texniki tələbləri də nəzərə almalıdırlar.
Beləliklə, buferin dəyişdirilməsi ilə avtomobili bufer olmadan idarə etmək eyni hal deyil. Sürücülər bu fərqi nəzərə almalı və nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə uyğun vəziyyətdə olmasına diqqət yetirməlidirlər.
Eltac Züflüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












