Avtomobillə uzun yola çıxanların nəzərinə; bunu etsəz, maşının yağ dövriyyəsi azalacaq – XƏBƏRDARLIQ

Mütəxəssislər sürücülərə xəbərdarlıq edirlər ki, uzun məsafədən və ya yüksək sürətlə hərəkətdən sonra avtomobili dərhal söndürmək mühərrik üçün böyük təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, mühərrik və onun komponentləri həddindən artıq qızır, amma alov birdən sönəndə soyuducu mayelərin və mühərrik yağının dövranı dayanır. Bu halda mühərrikin kritik hissələri, xüsusilə də turbomühərrik, soyumasız və yağlanmasız qalaraq zədələnir.
Bildirilir ki, əvvəllər yalnız idman avtomobillərində istifadə olunan turbomühərriklər indi demək olar bütün modellərdə mövcuddur. Bu isə riskin daha da böyüməsi deməkdir. Çünki turbo yüksək sürətlə işlədiyi üçün həddindən artıq qızır və qəfil söndürülməsi onun ömrünü əhəmiyyətli dərəcədə azaldır.
Problemin qarşısını almağın yolu isə sadədir. Avtomobil saxlanıldıqdan sonra mühərriki dərhal söndürmək əvəzinə, 1–2 dəqiqə boş rejimdə işlək vəziyyətdə saxlamaq məsləhət görülür. Bu müddət ərzində mühərrikin ən isti hissələri təhlükəsiz şəkildə soyuyur və yağlanma davam edir.
Xüsusilə uzun magistral səfərlərdən, isti havada tıxacda qalmaqdan və yoxuşlarda hərəkətdən sonra bu qaydaya əməl etmək mühərrikin ömrünü uzadır. Qısa məsafələrdə isə buna ehtiyac yoxdur, çünki mühərrik kifayət qədər isinmir.
Mütəxəssislər sürücülərə xəbərdarlıq edirlər ki, bu sadə “2 dəqiqəlik qayda”ya əməl etməklə minlərlə manatlıq mühərrik təmiri xərclərindən xilas olmaq mümkündür.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












