Azərbaycanda elektromobillərin artmasının müsbət və mənfi tərəfləri nələrdir? – Ekspert AÇIQLADI

Azərbaycanda elektromobillərin sayı sürətlə artır və bu, həm müsbət, həm də mənfi tərəfləri ilə diqqət çəkir.
Müsbət cəhətləri arasında şəhər havasının təmizlənməsi, yanacaq xərclərinin azalması, səs-küyün minimuma enməsi və ekoloji cəhətdən daha təmiz nəqliyyatın təşviqi göstərilə bilər. Elektromobillərin istifadəsi həmçinin alternativ enerji mənbələrinin inkişafına stimul yaradır və karbon emissiyasının azalmasına töhfə verir.
Mənfi tərəfləri isə infrastruktur çatışmazlığı, xüsusilə kifayət qədər şarj stansiyalarının olmaması, batareyaların ekoloji təsiri və dəyişdirilmə xərclərinin yüksək olmasıdır. Eyni zamanda, elektromobillərin ilkin alış qiymətləri hələ də çoxları üçün yüksəkdir ki, bu da onların geniş yayılmasına mane olur.
Bəs Azərbaycanda elektromobillərin sayı artmasının müsbət və mənfi tərəfləri nələrdir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, ölkədə elektromobillərin artmasının mənfi tərəfləri görünmür:

“Müsbət tərəfləri isə çoxdur. İlk növbədə bunun ekoloji tərəfini nəzərə almaq lazımdır. Atmosferə buraxılan CO2 qazının miqdarının azalmasında elektromobillərin də böyük rolu var. Düzdür, bu hələ ki, cüzi rəqəmlərdir, amma getdikcə artacaq.
Həmçinin qənaət baxımından da elektromobillərin artması vətəndaş üçün iqtisadi cəhətdən daha səmərəlidir. Sadəcə, elektromobillərin istifadəsini daha da stimullaşdırmaq üçün əlavə addımlara ehtiyac var. Belə ki, ölkəmizdə olan enerji doldurma məntəqələrinin sayı artırılmalıdır. Bu say az olduğuna görə, bu cür nəqliyyat vasitələrinə maraq da bir qədər azalır”.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












