Azərbaycanda etibarnamənin ləğv edilməsi məsələsi parlamentdə müzakirə olunacaq - Köhnə sistemdir

"Biz 20 ilə yaxındır deyirik ki, Azərbaycanda avtomobildən istifadə ilə bağlı etibarnamənin məcburiliyinə ehtiyac yoxdur. Dünyada bunu çoxdan ləğv ediblər. Bu, keçmiş SSRİ-dən qalma mirasdır”.
Bunu tanınmış nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov deyib.
O bildirib ki, avtomibilin başqa şəxs tərəfindən idarə olunması üçün etibarnamənin verilməsi sovet dövründə vətəndaşlara qarşı tətbiq olunan nəzarət mexanizminlərindən biridir və artıq dünyada bu praktikadan imtina edilib:
“Sovet hakimiyyəti dövründə mülkiyyətlə bağlı məsələlərə çox sərt nəzarət vardı. Ona görə də insanların çoxu qorxusundan öz adına avtomobil ala bilmirdi. Mağaza müdiri düşünürdü ki, gedib öz adıma avtomobil alsam, deyəcəklər ki, bu qədər pul səndə haradandır? Bu səbəbdən avtomobili hansısa fəhlənin, sağıcının, kolxozçunun adına alırdılar və etibarnamə ilə götürüb özləri sürürdülər. Bu qanun da məhz o dövrdən qalmadır. SSRİ dağıldıqdan sonra yaranan 15 müstəqil dövlətin demək olar ki, hamısında bu sistem ləğv edilib. Mənim bildiyim qədəri ilə dünyanın heç bir dövlətində də avtomobildən istifadə üçün etibarnamənin məcburi olması yoxdur”.
Onun sözlərinə görə, hazırkı vəziyyət milli qanunvericiliyin məntiqinə də uyğun gəlmir:
“Etibarnamənin təyinatı başqadır, ümumilikdə etibarnamə sistemi ləğv olunsun demək olmaz, çünki bunun 2000 illik tarixi var. Biz sadəcə avtomobildən istifadə ilə bağlı notarial qaydada təsdiq olunan etibarnamənin məcburiliyinin aradan qaldırılmasını zəruri sayırıq.
Mülki Məcəllədə də avtomobili sürmək üçün başqasına verən zaman mütləq notarial qaydada təsdiqlənmiş etibarnamə olmalıdır deyə bir müddəa yoxdur. Bu, əslində Mülki Məcəlləyə də uyğun deyil. Yəni bu məsələ ilə bağlı öz daxili qanunvericiliyimizdə də uyğunsuzluq var”.
Ə.Hüseynov deyib ki. 2023-cü ildə Konstitusiya Məhkəməsi məsələ ilə bağlı qərar verib. Qərarda göstərilir ki, avtomobili idarə etmək üçün alınan sənədin məcburiliyi mövcud mülki qanunvericiliyə və təcrübəyə uyğun deyil: “Hətta Konstitusiya Məhkəməsi qərarında konkret olaraq Milli Məclisə tövsiyə edir ki, bu məsələyə yenidən baxılsın. Amma 2 ildən çox vaxt keçməsinə baxmayaraq, parlament bu məsələyə baxmayıb”.
Radara düşən və ya digər yol hərəkəti qaydasının pozuntusuna görə cərimə yazılan zaman avtomobili kimin idarə etdiyini müəyyənləşdirmək məsələsinə gəlincə, ekspert bunun dünya təcrübəsində istifadə edilən sadə həll yollarının olduğunu bildirib: “Məsələn, avtomobil sahibi müvafiq ərizə yaza bilər ki, həmin vaxt avtomobili o yox, konkret başqa bir şəxs idarə edib. Bu halda cərimənin həmin şəxsə yönləndirilməsi mümkündür”.
Nəqliyyat eksperti yekun olaraq etibarnamənin avtomobildən istifadə üçün məcburiliyinin ləğv edilməsinin problem yaratmayacağını, sadəcə qanunvericilikdə müvafiq dəyişikliklərin vaxtında edilməsinin vacib olduğunu söyləyib. O bildirib ki, islahatlar gecikmədən həyata keçirilməlidir.
Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu məsələ parlamentdə müzakirəyə çıxarıla və mövcud qaydalar yumşaldıla bilər:
“Milli Məclisdə hər bir məsələ müzakirə oluna bilər. Avtomobildən istifadə ilə bağlı etibarnamə məsələsi yumşaldıla da bilər. Bununla bağlı doğru arqumentlər gətirilərsə, məsələ əsaslandırılarsa etibarnamə tələbinin ləğv də mümkündür. Bütün hallarda, vətəndaşların marağına uyğun nə varsa, onların vəziyyətinin yüngülləşdirilməsi istiqamətində istənilən addımı atmaq lazımdır. Əgər bu məsələ hər hansı ictimai qaydaya zərər vurmursa, kriminal əməllərin artımasına şərait yaratmırsa, həmin tələbin aradan qaldırılması mümkündür”.(yenisabah)
Sürücüləri cərimələtdirən piyadalarla necə mübarizə aparılmalıdır? – Ekspert İZAH ETDİ - VİDEO
Sürücülərin əhvalı onların avtomobil idarə etməsinə təsir edir? – Mütəxəssis RƏYİ - VİDEO
Elektromobillərin salonuna su sızsa, bunu mütləq etməlisiniz – MÜTƏXƏSSİS - VİDEO
Yol xəritələrindəki uyğunsuzluqlar vətəndaşları çaşdırır - EKSPERT
Yazda ağaclardakı bu yapışaqn maddə maşınınıza ziyan vura bilər – TÖVSİYƏ - FOTO
Qızdırılan oturacaq sistemləri kişilərdə cinsi zəifliyə səbəb olur? – ARAŞDIRMA
Bu yolayrıcında nişan olmadığı üçün qəzalar baş verir - VİDEO
Maşının panelində yanan bu işıqlar hansı təhlükədən xəbər verir? - İZAH - FOTO
Elektromobil və benzinli avtomobillər arasındakı istilik fərqi yoxlanıldı – NƏTİCƏLƏR - VİDEO
Bəzi sürücülər qohumundan aldığı maşını yoxlatdırmağa utanır - MÜTƏXƏSSİS - VİDEO
Niyə az benzinlə maşını sürmək olmaz?










