Azərbaycanda gizli yol polisi yaradılmalıdır? – Mütəxəssisdən TƏKLİF - VİDEO

Azərbaycanda gizli yol polisi xidmətinin yaradılması sürücülərin yol hərəkəti qaydalarına daha ciddi əməl etməsinə kömək edə bilər. Bu fikirləri qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov "Avto FM"in efirində səsləndirib.
Avtosfer.az xəbər verir ki, Aqil Rəhimovun sözlərinə görə, bəzi sürücülər yol polisi əməkdaşını gördükdə qaydalara əməl etsələr də, nəzarətin olmadığı yerlərdə təhlükəli manevrlər edir, sürət həddini aşır və digər hərəkət iştirakçıları üçün risk yaradırlar.
Məhz buna görə mülki avtomobillərlə xidmət aparan gizli yol polisi bölməsinin fəaliyyəti effektiv nəticə verə bilər.
"Bir çox ölkədə gizli polis praktikası tətbiq olunur. Sürücü bilməlidir ki, yanında hərəkət edən adi avtomobildə də polis əməkdaşı ola bilər. Bu amil qayda pozanları çəkindirər və təhlükəli davranışların azalmasına səbəb olar", – deyə o qeyd edib.
Sürücülərin böyük əksəriyyəti yol hərəkəti qaydalarına əməl edir və əlavə nəzarətə ehtiyac duymur. Lakin azlıq təşkil edən bəzi məsuliyyətsiz sürücülər kobud qayda pozuntuları ilə ümumi yol hərəkəti mədəniyyəti barədə mənfi rəy formalaşdırırlar.
Onun fikrincə, gizli yol polisi xidmətinin mövcudluğu ilk növbədə profilaktik təsir göstərər, sürücülərdə məsuliyyət hissini artırar və yollarda təhlükəli davranışların qarşısının alınmasına kömək edər.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












