Azərbaycanın yol infrastrukturu: İstismarı müddəti 20 ili keçən avtomobillər müasir yollara uyğundur?

Cari ilin 11 ayı ərzində ölkə ərazisində 1316 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 695 nəfər hələk olub, 1126 nəfər xəsarət alıb. Baş verən qəzaların səbəbləri isə müxtəlifdir. Bəs müasir standartlara uyğun yollar köhnə avtomobillər üçün qəza riskini artırırmı? İstismar müddəti 20 ildən yuxarı olan nəqliyyat vasitələri yeni yollar üçün uyğundurmu?
Nəqliyyat ekspeti Eldəniz Cəfərli Avtosfer.az-a müsahibəsində bildirib ki, Azərbaycanda müasir standartlara uyğun yollar çox azdır: “Avropa ölkələrində tamamilə fərqli yol standartları mövcuddur. Azərbaycanın bəzi ərazilərində də azsaylı belə yollar var. Avropa yollarında lyukların az olması, işıqlandırma, yol nişanlarının, eləcə də məlumatverici lövhələrin çoxluğu, yolların mütəmadi olaraq xətlənməsinə diqqət bu qitənin infrastrukturunun inkişafında mühüm rol oynayır. Belə yolların çəkilməsi köhnə avtomobillər üçün təhlükə yaratmır, əksinə qəza riski azalır. Ölkəmizdə uzun illərdir ki, çökmüş yollar var ki, hələ də bərpa edilmir”.
Ekspert sonda vurğulayıb ki, yeni avtomobili alıb ölkədə bir müddət sürdükdən sonra asqı sistemi sıradan çıxır. Buna görə də həmin yollar artıq müasir və standartlara cavab verən hesab edilmir.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












