Bakı küçələrindəki velosiped zolaqları nə işə yarayır? – RƏSMİ STATİSTİKA

Paytaxtda mikromobillikdən istifadə sürətlə artır və artıq bu nəqliyyat növü sadəcə trend deyil, gündəlik hərəkət vasitəsinə çevrilməyə başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Urbanblog.az" səhifəsi AYNA-nın yaydığı məlumata əsasən paylaşım edib. 2025-ci ilin əvvəlində aylıq sifariş sayı təxminən 83 min olduğu halda, bir neçə ay ərzində bu rəqəm 400 mini ötüb. Pik göstərici isə iyul ayında qeydə alınıb və sifarişlərin sayı 426 minə çatıb.
Ən diqqətçəkən məqamlardan biri istifadəçilərin qət etdiyi məsafədir. Belə ki, yay və payız aylarında aylıq istifadə göstəricisi 1,3–1,6 milyon kilometr arasında dəyişib. Bu isə skuterlərin artıq yalnız əyləncə və ya turist məqsədilə deyil, gündəlik nəqliyyat vasitəsi kimi istifadə edildiyini göstərir.

Bəzi dövrlərdə sifariş sayında müəyyən azalma müşahidə olunsa da, istifadə intensivliyi yüksək olaraq qalır. Bu da insanların mikromobilliyi şəhər daxilində qısa və orta məsafəli səfərlər üçün real alternativ kimi qəbul etməyə başladığını göstərir.
Qış aylarında hava şəraiti ilə əlaqədar istifadə göstəricilərində azalma qeydə alınsa da, mart ayından etibarən statistikanın yenidən sürətlə artması bu sahəyə olan tələbatın artıq formalaşdığını sübut edir.
Hazırda əsas məsələ mikromobillik infrastrukturunun genişləndirilməsidir. Buraya qorunan velozolaqların yaradılması, təhlükəsiz parklanma yerlərinin təşkili, metro və avtobuslarla inteqrasiyanın gücləndirilməsi, eləcə də təhlükəsiz küçə infrastrukturunun qurulması daxildir.
Mövcud statistika şəhərdə alternativ mobillik vasitələrinə marağın artıq ciddi şəkildə formalaşdığını göstərir.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












