Bakıda əyri zolaqlar sürücülər üçün risk yaradır? - İZAH - VİDEO

Bakının bəzi küçə və prospektlərində tətbiq edilən əyri hərəkət zolaqları sürücülərdən daha diqqətli olmağı tələb edir. Xüsusilə avtobus zolaqlarından yayınmaq məqsədilə istiqaməti dəyişən bu nişanlanmalar bəzi hallarda yol-nəqliyyat hadisəsi riskini artıra bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, belə zolaqlarda hərəkət edən sürücülərin qanunvericiliyə əsasən dönmə işıq siqnalını (dönmə göstəricisini) yandırması məcburi deyil. Çünki nəqliyyat vasitəsi öz hərəkət zolağını dəyişmir, sadəcə zolağın istiqamətini izləyir.
Bununla belə, mütəxəssis təhlükəsizlik baxımından sürücülərə əlavə ehtiyatlı davranmağı tövsiyə edib.
Onun sözlərinə görə, əyri zolaqlarda hərəkət edərkən yolayrıcına yaxınlaşdıqda dönmə göstəricisini yandırmaq və sol güzgünü yoxlamaq məqsədəuyğundur. Bu, xüsusilə sol tərəfdən hərəkətini düz istiqamətdə davam etdirən sürücülərin niyyətini vaxtında görməyə və mümkün toqquşma riskinin qarşısını almağa kömək edir.
Bəzi sürücülər zolağın əyildiyini nəzərə almadan hərəkəti düz istiqamətdə davam etdirə bilirlər. Belə hallarda tələsməmək, sürəti azaltmaq və digər nəqliyyat vasitəsinə üstünlük vermək daha təhlükəsiz seçimdir.
Mütəxəssis vurğulayıb ki, yol hərəkəti qaydaları bəzi hallarda dönmə göstəricisinin istifadəsini tələb etməsə də, təhlükəsiz sürücülük prinsipləri hər zaman ehtiyatlı davranmağı, güzgülərə nəzarət etməyi və digər hərəkət iştirakçılarının mümkün davranışlarını əvvəlcədən nəzərə almağı tələb edir.
Aqil Rəhimovun fikrincə, əsas məqsəd təkcə qaydalara əməl etmək deyil, həm də ən əlverişli şəraitdə belə yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Bu baxımdan, əyri zolaqlarda sadə görünən ehtiyat tədbirləri belə ciddi qəzaların qarşısını ala bilər.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












