Bakıda yanğınsöndürən maşınlara yol verilmədi – ANBAAN VİDEO

Bakıda yanğın təhlükəsi ilə bağlı çağırışa gedən yanğınsöndürmə maşınının hərəkəti çətinləşib.
Avtosfer.az-ın məlumatına görə, hadisə paytaxtın mərkəzi küçələrindən birində baş verib. Məlumata görə, küçədə yaranan sıx tıxac səbəbindən yanğınsöndürmə maşını uzun müddət irəliləyə bilməyib.
Tıxacda olan digər sürücülərin əksəriyyəti yanğınsöndürmə maşınına yol verməyib. Bu isə yanğınsöndürmə briqadasının hadisə yerinə vaxtında çatmasına mane olub. Qeyd olunur ki, belə hallarda hər saniyə böyük önəm daşıyır və gecikmə yanğının daha da böyüməsinə, insanların həyatına və əmlakına ciddi təhlükə yaratmasına səbəb ola bilər.
Ekspertlər bildirirlər ki, yanğınsöndürmə və təcili tibbi yardım maşınlarına yol verməmək qanunla qadağandır. Qaydaları pozan sürücülər inzibati məsuliyyət daşıyırlar. Bununla yanaşı, mütəxəssislər sürücülərə müraciət edərək fövqəladə hallarda operativ xidmət maşınlarına dərhal yol verməyi tövsiyə edirlər.
Fövqəladə Hallar Nazirliyi dəfələrlə bu mövzuda sürücülərə xəbərdarlıq edib və bir daha xatırladıb ki, belə laqeyd davranış insan həyatına bədəl ola bilər.
Eltac Züıfüqaroğlu
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO












