Bakıda yeni standartlar tətbiq olunur – Pandus problemi həllini tapacaq? – Ekspert AÇIQLADI

Bakının Şəmsi Bədəlbəyli küçəsində səkilərin yenilənməsi işlərinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı nəqliyyat eksperti Anar Əliyev diqqətçəkən məqama toxunub.
Onun sözlərinə görə, həmin ərazidə 2024-cü ildə piyada keçidinin yeri dəyişdirilsə də, pandus əvvəlki yerində qalıb. Ekspert hesab edir ki, hazırda aparılan yenidənqurma işləri zamanı bu uyğunsuzluq mütləq aradan qaldırılmalıdır.
Piyada keçidinin yeni yerinə uyğun olaraq pandusun da köçürülməsi vacibdir. Əks halda, əlilliyi olan şəxslər, uşaq arabasından istifadə edən valideynlər və digər hərəkət imkanları məhdud insanlar üçün səkidən təhlükəsiz istifadə çətinləşəcək.
Ekspert xatırladıb ki, artıq səkilərlə bağlı yeni standart qəbul edilib. Bundan sonra həmin standartlara uyğun olmayan səkilərin inşası və ya yenilənməsi tikinti norma və qaydalarının pozulması kimi qiymətləndirilə bilər.
Görülən işlər zamanı yeni standartların tam tətbiq olunub-olunmayacağı və pandusun da müvafiq qaydada yerinin dəyişdirilib-dəyişdirilməyəcəyi yaxın vaxtlarda məlum olacaq.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












