Bayramda uzaq yola çıxanlara DYP-dən çağırış; bu qaydalara əməl edin - VİDEO

Bu ilin may ayı Azərbaycan xalqı üçün daha əlamətdar və sevinc dolu qeyd olunur. Çünki ötən illərdən fərqli olaraq, bu il həm Qurban bayramı, həm də 28 May Müstəqillik Günü eyni günlərə təsadüf edir. Bu münasibətlə ölkədə mayın 27-dən iyunun 1-nə qədər qeyri-iş günü nəzərdə tutulub. Qeyri-iş günləri səbəbilə paytaxtdan regionlara axını nəzərə alaraq, sürücülərdən yollarda daha diqqətli olmaları tövsiyə edilib. Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində bölgələrə səfər edən sürücülərə çağırış edib. Qeyd edilib ki, yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları bütün zəruri tədbirləri həyata keçirir. Lakin yenə də əsas məsuliyyət vətəndaşların üzərinə düşür.
Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Elvin Hacıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, qəzaların baş vermə ehtimalını azaltmaq üçün hamılıqla qaydalara əməl etmək əsas şərtdir:
.jpg)
“Bayram günlərində hər bir sürücü və hərəkət iştirakçısı adi günlərdən daha diqqətli olmalıdır. Çünki hərəkət intensivliyi respublika əhəmiyyətli yollarda artacaq, avtomobillər çoxalacaq. Ola bilər ki, bəzi sürücülərimiz yorğun, yuxulu halda sükan arxasına keçsin. Nəzərə almaq lazımdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin respublika əhəmiyyətli yollarda stasionar postları var. Sürücülər özlərini yorğun və ya narahat hiss etdikləri zaman həmin postlara yaxınlaşa bilərlər. Burada onlar qısa müddətli istirahət edə, sonra yollarına rahat və təhlükəsiz şəkildə davam edə bilərlər. Uzun yola çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın, mümkün qədər günün erkən saatlarında yola çıxın, sürət həddini aşmayın, yol və hava şəraitinə görə seçin, ötmə və manevr qaydalarına uyğun davranın, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin, avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olun. Bu sadə qaydaları pozmaq, bir anlıq ehtiyatsızlıq arzuolunmaz hadisələrə gətirib çıxara bilər”.
Elvin Hacıyevin həmin müsahibəsini təqdim edirik:
Səfər
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












