Belə yollarda ayağınızı qazdan çəkməsəniz qəza qaçılmaz olacaq - VİDEO

Bakının bir sıra ərazilərində, xüsusən də körpülərdə yolları 3 zolaqdan 2 zolağa keçirilməsi avtomobil idarəçilərinə çətin anlar yaraşadır. Belə hallarda zolaqlardan biri gözlənilmədən itir və sürücülər təhlükəli vəziyyətlə üz-üzə qalırlar. Məsələn, Babək prospektində, Günəşli körpüsündə də sağdakı zolaq qəfil daralır. Əgər sürücü vaxtında qaz pedalından ayağını çəkməsə, qəza qaçılmaz ola bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov yol daraldığı hallarda sürücülərin mütləq güzgülərə nəzarət etməli, ətrafdakı avtomobillərin hərəkətinə diqqət yetirməli olduqlarını bildirib:
“Biz güzgüyə baxanda görürük ki, sağdakı maşın gəlir və onun zolağı bitir. Bu zaman qazdan ayağı çəkmək lazımdır ki, hadisə baş verməsin. Təəssüf ki, hər bir sürücü bu barədə düşünmür. Sağdakı qara avtomobilin sürücüsü nəzərə almır ki, biz qazı azaltmasaq və ya sürəti artırsak, qəza qaçılmaz olacaq”.
Mütəxəssis sürücülərə xəbərdarlıq edir ki, yollar daralan zaman dönmə işıqlarını yandırmadan ötmə halları ilə tez-tez rastlaşmaq mümkündür. Bu isə həm sürücülərin həyatını riskə atır, həm də ciddi qanun pozuntusu sayılır. Aqil Rəhimov hesab edir ki, belə vəziyyətlərdə diqqətli olmaq, vaxtında sürəti azaltmaq və ehtiyatlı davranmaqla qəzanın qarşısını almaq mümkündür.
Eltac Zülfüqaroğlu
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












