“Bəzi Çin avtomobilləri 2-3 il sürüləndən sonra kəskin dəyər itirir” – AVTOEKSPERT - VİDEO

Son illər Azərbaycan bazarında da geniş yayılmağa başlayan Çin istehsalı avtomobillərlə bağlı qonşu ölkələrdə müəyyən problemlər üzə çıxıb. Xüsusilə Qazaxıstanda bu maşınların kreditlə satışında çətinliklər yaranır. Məsələ ilə bağlı avtomobil eksperti Şahin Göyləroğlu fikirlərini bölüşüb.
Avtosfer.az xəbər verir ki, Qazaxıstanda Çin istehsalı avtomobillərə kredit ayrılması məsələsində çətinliklər yaşanır. Bu barədə avtomobil eksperti Şahin Göyləroğlu bildirib: "Banklar bu maşınlara kredit verməkdən çəkinirlər, çünki belə avtomobillərin dəyəri qısa müddətdə sürətlə aşağı düşür. Bu isə maliyyə qurumlarını və sığorta şirkətlərini risk altında qoyur".
Şahin Göyləroğlu qeyd edib ki, artıq Qazaxıstanda belə problemlər açıq şəkildə görünməyə başlayıb:
“Avtomobilin 2-3 il ərzində dəyərdən düşməsi təkcə alıcıya deyil, həm də kredit təşkilatlarına ciddi ziyan vura bilər. Bank və sığorta şirkətləri bu səbəbdən ehtiyatlı davranır”.
Ekspert əlavə edib ki, Çin şirkətləri daxili bazarı genişləndirmək üçün milyonlarla avtomobil istehsal edib satırlar:
"Bu, Çin üçün müsbət nəticə versə də, digər ölkələrdə eyni təsir bağışlamır:
Bu, əslində pis ideya deyil, amma başqa ölkələrdə fərqli nəticələr doğurur. Qazaxıstanda artıq kreditləşmədə çətinlik yaranıb. Deməli, biz də düşünməliyik: bu sistem bizə uyğundur, ya yox?”
Şahin Göyləroğlu eyni zamanda vurğulayıb ki, bütün Çin avtomobillərinə eyni yanaşmaq düzgün olmaz:
“Çində 5-10 il istifadə üçün uyğun olan keyfiyyətli avtomobillər də var. Onları almaqda problem yoxdur. Çünki bu maşınlar uzun müddət dəyərini saxlaya bilir. Amma bəzi modellər var ki, 2-3 ildən sonra kəskin dəyər itirir. Bu, həm alıcını, həm də maliyyə sektorunu çətin vəziyyətə sala bilər”.
Eltac Züıfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












