Bəziləri düşünür ki, qaydalara uyğun sürürsə, qəzada başqası günahkardır – MÜTƏXƏSSİS - VİDEO

Yol hərəkətində təhlükəsizlik yalnız qaydalara əməl etməklə deyil, eyni zamanda düzgün qərar vermə bacarığı ilə bağlıdır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə müraciət edərək avtomobil idarə etməyin əslində davamlı qərarvermə prosesi olduğunu bildirib. Onun sözlərinə görə, sürücü sükan arxasında olduğu hər an vəziyyəti analiz etməli və düzgün qərar qəbul etməlidir.
Bəzi sürücülər “mən qaydalarla idarə edirəm, deməli təhlükəsizəm” düşüncəsi ilə hərəkət edir. Lakin ekspertin fikrincə, təkcə qaydalara əməl etmək qəzalardan tam sığortalanmaq demək deyil. Çünki yolda digər hərəkət iştirakçılarının səhvləri və gözlənilməz vəziyyətlər də nəzərə alınmalıdır.
“Müdafiəli sürücülük” anlayışının vacibliyini vurğulayan məşqçi bildirib ki, sürücü yalnız öz hərəkətlərinə deyil, ətrafdakıların davranışına da diqqət etməlidir. Onun sözlərinə görə, qəzanın günahkarı qarşı tərəf olsa belə, nəticədə vaxt itkisi, maddi ziyan və stress hər iki tərəfə təsir edir.
Yol-nəqliyyat hadisəsi zamanı sürücülər saatlarla vaxt itirir, avtomobil təmirdə qalır, sığorta və polis prosedurları əlavə gərginlik yaradır. Buna görə də əsas məqsəd “haqlı olmaq” deyil, təhlükəsiz şəkildə mənzilə çatmaq olmalıdır.
Aqil Rəhimov sürücülərə avtomobili düşünərək və ehtiyatlı şəkildə idarə etməyi tövsiyə edib. Onun sözlərinə görə, qəzalardan qorunmağın ən effektiv yolu yolda baş verə biləcək riskləri əvvəlcədən görmək və özünü daim təhlükədən qoruyacaq şəkildə hərəkət etməkdir.
Eltac Zülfüqaroğlu
Məhəllə daxilində yol üstünlüyü necə müəyyən olunur? – İZAH – VİDEO
Qatarlara daş atanları hansı cəza gözləyir? - AÇIQLAMA
Sentyabr ayında qəzalarda ölənlərin sayı bu səbəblərə görə artıb – EKSPERT - VİDEO
Yaşıl işıqda dönən sürücüyə cərimə yazıla bilər? – İZAH – VİDEO
Sağ zolaqda bu hərəkətə görə cərimə yazılır? – Qanun nə deyir – VİDEO
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ











