Biləcəri dairəsində nəqliyyat sıxlığı necə azaldıla bilər? – TƏKLİF

Biləcəri dairəsində nəqliyyat sıxlığının azaldılması və hərəkət axınlarının daha səmərəli təşkili üçün yeni infrastruktur həllərindən istifadə oluna bilər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev dairəvi yolda geriyə dönmənin təşkili üçün iki estakadanın inşa edilməsinin Biləcəri dairəsində nəqliyyat axınlarının ayrılmasına və dairənin üzərindəki yükün azalmasına imkan verə biləcəyini bildirib.

Bu həll xüsusilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə daxil olan və oradan çıxan regional avtobuslar üçün əhəmiyyətlidir. Belə ki, avtobusların şəhər daxilində əlavə tıxaclara düşmədən daha qısa marşrutla Avtovağzala daxil olub-çıxması təmin edilə bilər.
Rauf Ağamirzəyev qeyd edib ki, düzgün təşkil olunacağı təqdirdə, belə bir infrastruktur həlli Yeni Yasamal istiqamətində nəqliyyat əlçatanlığının artırılmasına və Biləcəri dairəsində qarışıq hərəkət manevrlərinin azalmasına da kömək edə bilər.
“Burada əsas məsələ sadəcə yeni yol tikmək deyil. Mövcud yol şəbəkəsində hərəkət axınlarını necə daha səmərəli bölə bilərik? Məncə, layihələndirmə mərhələsində bu variant mütləq nəqliyyat modelləşdirilməsi ilə qiymətləndirilməlidir”, - deyə ekspert vurğulayıb.
Ekspertin fikrincə, mümkün layihənin həyata keçirilməsindən əvvəl nəqliyyat axınlarının intensivliyi, pik saatlarda yaranan sıxlıq, avtobusların hərəkət istiqamətləri və ətraf ərazilərə təsiri nəzərə alınaraq modelləşdirmə aparılması məqsədəuyğundur.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA














