Binaların aşağı mərtəbələrində obyektlərin fəaliyyət göstərməsi risklidir? – MÜTƏXƏXSSİSDƏN AÇIQLAMA - FOTO

Son illər yaşayış binalarının birinci mərtəbələrində müxtəlif təyinatlı obyektlərin – mağaza, kafe, gözəllik salonu, ofis və digər kommersiya məkanlarının fəaliyyət göstərməsi geniş yayılıb. Bu obyektlər gündəlik tələbatın ödənilməsi baxımından əlverişli sayılsa da, bəzən onların fəaliyyətinin yaşayış üçün nəzərdə tutulmuş binalarda təhlükəsizlik məsələlərinə təsiri ilə bağlı narahatlıqlar yaranır. Xüsusilə yanğın təhlükəsizliyi, qaz və elektrik sistemlərinin yükə düşməsi, evakuasiya yollarının bağlanması və səs-küy ilə bağlı problemlər dəfələrlə müzakirə olunub.
Bəs mənzillərin alt mərtəbələrində fəaliyyət göstərən obyektlər təhlükəsizlik baxımından risklidirmi?
Mövzu ilə bağlı memar Cahid Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, mənzillərin aşağı mərtəbələrində fəaliyyət göstərən obyektlərin təhlükəsizlik baxımından riskli olması mütləq deyil:

“Çünki istər yeni tikilmiş binalar olsun, istərsə də 100-150 il əvvəl tikilmiş binalar, onların alt mərtəbələrində müxtəlif ticarət obyektləri fəaliyyət göstərir – bunu hamımız bilirik. Restoranlar, iaşə obyektləri, avtomobil yuma məntəqələri və hətta dənizin ortasında belə belə obyektlər ola bilər.
Sadəcə bir şərtlə, həmin obyektlərin kommunikasiya xətləri düzgün qurulmamasına şərait yaradılmamalıdır. Əgər bu obyektlərin kommunikasiya sistemi – su ötürücü sistemi, kanalizasiya bağlantısı – şəhərin ümumi ana xəttinə düzgün qoşulmayıbsa, ötürmə mexanizmi düzgün işləmirsə, o zaman bəli, bu, risklidir. Çünki ətrafda yığılan tullantı suları zirzəmiyə axa bilər və bu da bina üçün təhlükə yarada bilər”.

Memar əlavə olaraq qeyd edib ki, bu gün texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə belə məsələlər qlobal problem deyil:
“Tutaq ki, birinci mərtəbədə hovuz da quraşdırıla bilər, insanların gəlib orada çimdiyi bir yer də ola bilər. Sadəcə bu şərtlə ki, həmin hovuzun kanalizasiya sistemi, su doldurma və boşaltma mexanizmləri tam funksional şəkildə şəhərin ümumi su-kanalizasiya sisteminə qoşulmuş olsun”.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












