Bir neçə zolağın eyni anda dəyişdirilməsi qəza riskini artırır – MÜTƏXƏSSİS – VİDEO

Sürücülərin yol verdiyi ən təhlükəli manevrlərdən biri bir neçə hərəkət zolağını eyni anda dəyişməkdir. Bu cür davranış qəza riskini artırmaqla yanaşı, digər hərəkət iştirakçıları üçün də gözlənilməz vəziyyət yaradır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov zolaq dəyişmə zamanı sürücülərin daha ehtiyatlı davranmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, zolaqların mərhələli şəkildə dəyişdirilməsi daha təhlükəsiz hesab olunur.
“Ən təhlükəsiz üsul zolaqları tədricən dəyişməkdir. Məsələn, sürücü ikinci zolaqda hərəkət edirsə, əvvəlcə yan güzgülərə və kor nöqtələrə nəzarət etməli, hərəkət üçün təhlükəsiz şərait yarandıqdan sonra bir zolaq dəyişməlidir. Daha sonra yenidən vəziyyəti qiymətləndirərək növbəti zolağa keçə bilər. Bu üsul sürücüyə ətrafdakı nəqliyyat vasitələrini daha yaxşı müşahidə etməyə və riskləri minimuma endirməyə imkan verir”, – deyə Aqil Rəhimov bildirib.
Bəzi sürücülərin isə bir neçə zolağı eyni anda kəskin şəkildə dəyişdiyini qeyd edib. Onun sözlərinə görə, bu cür manevrlər xüsusilə sıx nəqliyyat axını zamanı ciddi yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
“Bir çox hallarda sürücülər güzgüyə qısa baxışla kifayətlənərək bir neçə zolağı birdən kəsməyə çalışırlar. Belə manevr zamanı digər nəqliyyat vasitələrinin sürəti və mövqeyi düzgün qiymətləndirilmədikdə toqquşma riski yaranır. Xüsusilə yüksək sürətlə hərəkət zamanı bu davranış ağır nəticələrə səbəb ola bilər”, – deyə o vurğulayıb.
Aqil Rəhimov sürücülərə zolaq dəyişərkən tələsməməyi, dönmə işıqlarından istifadə etməyi, güzgülərə və kor nöqtələrə diqqət yetirməyi tövsiyə edib. Təhlükəsiz sürücülük vərdişləri yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












