Bir səhv manevr iki qəza yarada bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO

Sürücülər yolda bəzi hallarda eyni anda bir neçə təhlükə ilə üzləşə bilər. Xüsusilə avtomobil ilə piyada arasında sıxışma vəziyyəti yarandıqda sürücünün yanlış qərarı ciddi qəza ilə nəticələnə bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücüləri belə vəziyyətlərdə tələsməməyə və hərəkəti tam dayandıraraq təhlükənin aradan qalmasını gözləməyə çağırıb.
Məşqçi bildirib ki, “tələ” yalnız iki avtomobil və ya avtomobil ilə maneə arasında yaranmır. Piyada ilə avtomobil arasında da sürücü üçün təhlükəli vəziyyət formalaşa bilər.
“Bu, iki maşın arasında qalanda tələdir. Maşınla divar və ya ağac arasında qalanda da tələdir. Amma bu gün sizə insanla maşın arasında yaranan tələdən danışmaq istəyirəm”, – deyə Aqil Rəhimov bildirib.
Bəzi hallarda sürücü yolun hər iki tərəfində nəqliyyat vasitəsi və piyada olduğu halda qarşısında kifayət qədər yer gördüyünü düşünərək hərəkətini davam etdirir. Lakin bu zaman qarşıdan gələn avtomobilin istiqamətini dəyişməsi və ya piyadanın qəfil addım atması vəziyyəti təhlükəli həddə çatdıra bilər.
“Məsələn, sağda insan, solda isə avtomobil var. Tələbəmə deyirəm: ‘Maşını saxla’. O isə deyir ki, “Aqil müəllim, axı yer var, niyə saxlayaq?” Mən də izah edirəm ki, qarşımızdan gələn sürücü qəfil üzərimizə hərəkət edə bilər. Bu zaman biz ya avtomobildən yayınaraq piyadanı vura bilərik, ya da qarşıdakı avtomobillə toqquşa bilərik”, – deyə məşqçi vurğulayıb.
Digər təhlükəli ssenaridə isə avtomobil öz istiqamətində hərəkət etdiyi zaman piyada qəfil yola addım ata bilər. Sürücü piyadanı vurmamaq üçün sükanı digər istiqamətə çevirərsə, qarşıdan və ya yan tərəfdən gələn nəqliyyat vasitəsi ilə toqquşma riski yaranır.
“Maşın bizim üzərimizə gəlir, eyni zamanda qız yolu keçir. Bu, ən ağır variantdır. Bütün bu ehtimalların qarşısını almağın ən təhlükəsiz yolu avtomobili saxlamaqdır. Qarşıdakı maşın keçir, piyada da təhlükəsiz şəkildə geri çəkilir və bundan sonra biz hərəkətimizi davam etdiririk”, – deyə Aqil Rəhimov əlavə edib.
Məşqçi sürücülərə belə vəziyyətlərdə “yer var, keçərəm” düşüncəsi ilə risk etməməyi, mümkün təhlükələri əvvəlcədən qiymətləndirməyi və lazım gəldikdə avtomobili tam dayandırmağı tövsiyə edib.
Eltac Züflüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












