Bu brend avtomobilləri alarkən diqqətli olun; Nasazlıqlar xərcə sala bilər - FOTO

Avtomobil alarkən brendin reputasiyası çox vaxt etibarın əsas göstəricisi hesab olunsa da, ekspertlərin sözlərinə görə, hətta yüksək səviyyəli bəzi modellər belə ciddi nasazlıqlarla sürücülərə əlavə xərclər yarada bilər.
Avtosfer.az xəbər verir ki, xüsusilə ikinci əl avtomobil bazarında üstünlük verilən bəzi modellər xroniki problemləri ilə sahiblərini məyus edir. Siyahıya daxil edilən dörd məşhur avtomobil modeli sürücülər üçün ciddi təmir xərclərinə səbəb ola bilər:
2012–2015-ci illər istehsalı olan “BMW 3 Series” – yağ sızması, vaxt zəncirinin problemləri və mühərrikin soyutma sistemində nasazlıqlar ən çox rast gəlinən qüsurlardır.

2013–2017-ci ilin “Audi Q5” modeli – Su nasosunun tez-tez xarab olması, elektron sistem nasazlıqları və həddindən artıq yağ sərfiyyatı ilə tanınır.
2010-cu illərin əvvəlləri “Honda Odyssey” – Transmissiya problemləri, katalitik konvertor nasazlığı və yağ sızmaları əlavə xərc tələb edir.
2010-cu illərin əvvəlləri “Toyota Camry” – Etibarlılığı ilə məşhur olsa da bəzi modellərdə yüksək yağ sərfiyyatı və sensor nasazlıqları diqqət çəkir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu avtomobillər bazarda etibarlı imicə sahib olsalar belə, onları satın almadan əvvəl hərtərəfli texniki yoxlama aparmaq vacibdir. Çünki sadalanan nasazlıqların aradan qaldırılması xeyli maliyyə yükünə səbəb ola bilər.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












