Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO

Öyrənək 9 Sentyabr 2026 11:00
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
WhatsApp kanalımıza abunə olun

Sürücülərin və piyadaların yol hərəkəti zamanı yol verdiyi səhvlərin bir qismi davranışdan deyil, yanlış düşüncə tərzindən qaynaqlanır. Belə yanaşmalar isə bəzi hallarda ciddi qəzalara səbəb ola bilər.

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov “Avto FM”in efirində sürücülər və piyadalar arasında ən təhlükəli düşüncə tərzinin “mənə heç nə olmaz” yanaşması olduğunu bildirib.

Onun sözlərinə görə, bu düşüncə həm sürücülər, həm də piyadalar üçün təhlükəlidir. İnsan özünü riskdən kənarda hesab etdikdə yol hərəkəti qaydalarına və ətrafakı təhlükələrə daha laqeyd yanaşa bilər.

““Mənə heç nə olmaz” düşüncəsi sürücülərdə də təhlükəlidir, piyadalarda da. Eyni sindrom piyadalarda da var. İnsan bir dəfə yolu keçib və heç nə baş verməyibsə, düşünür ki, deməli, bundan sonra da təhlükə yoxdur. Halbuki belə deyil”, – deyə mütəxəssis bildirib.

Aqil Rəhimov piyadaların yolu keçərkən ətrafı düzgün müşahidə etməsinin vacibliyini vurğulayıb. Yolu keçən şəxs yalnız bir istiqamətə baxmaqla kifayətlənməməli, hərəkət istiqamətindən asılı olaraq avtomobillərin gələ biləcəyi tərəfləri daim nəzarətdə saxlamalıdır.

Mütxəssis xüsusilə yolun ortasına çatdıqdan sonra diqqətin itirilməsinin təhlükəli olduğunu qeyd edib. Piyadanın əvvəl baxdığı istiqamətdə avtomobil olmadığını görməsi digər tərəfdən təhlükənin olmadığı anlamına gəlmir.

“Bəzi insanlarda belə bir sindrom var. Arxayınlaşırlar ki, “mən təhlükəsizəm, mən maşını görmürəmsə, o məni necə görə bilər?” Bu, tamamilə yanlış düşüncədir. Sən avtomobili görsən də, görməsən də, həmin avtomobil gəlib səni vura bilər. Ona görə də həm sürücülər, həm də piyadalar özlərini qorumalıdırlar”, – deyə Aqil Rəhimov vurğulayıb.

Mütəxəssis sürücülərə də yolda heç bir vəziyyətdə həddindən artıq arxayın olmamağı tövsiyə edib. Onun sözlərinə görə, “mənə heç nə olmaz” düşüncəsi sürücünün diqqətini zəiflədə, riskli manevrlərə və təhlükəli qərarlara səbəb ola bilər.

Aqil Rəhimov bildirib ki, yol hərəkətində əsas prinsip hər zaman ehtiyatlı olmaq və digər hərəkət iştirakçılarının da səhv edə biləcəyini nəzərə almaqdır.

Eltac Zülfüqaroğlu

Oxunub : 248
ŞƏRH YAZ
Ad

E-mail

Şərh