Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO

Paytaxtın Nərimanov rayonunda, Təbriz küçəsində yerləşən geriyə dönmə yerində sürücülərin səbirsiz davranışı qəza riskini artırır. İşıqforun yaşıl işığı yanan kimi hərəkətə başlayan sürücülər yolayrıcında hərəkətini hələ başa çatdırmamış avtomobillərə yol vermədikdə təhlükəli vəziyyət yaranır.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib.
Onun sözlərinə görə, bəzi sürücülər yaşıl işıq yanan kimi tələskənlik edərək digər avtomobillərin hərəkətini başa çatdırmasını gözləmirlər. Nəticədə yolayrıcını tərk etməyə macal tapmayan nəqliyyat vasitələri ilə toqquşma riski yaranır.
Aqil Rəhimov qeyd edib ki, sürücülər işıqforun siqnallarına əməl etməklə yanaşı, yolayrıcındakı vəziyyəti də düzgün qiymətləndirməlidirlər. Yaşıl işıq yansa belə, hərəkətini başa çatdırmamış avtomobillərin yolunu kəsmək olmaz. Sürücülər təhlükəsiz şərait yarandıqdan sonra hərəkəti davam etdirməlidirlər.
Məşqçi vurğulayıb ki, yolda tələskənlik və səbirsizlik ağır nəticələrə səbəb ola bilər. Buna görə də sürücülər xüsusilə yolayrıclarında diqqətli olmalı, digər hərəkət iştirakçılarının manevrlərini nəzərə almalı və qəza riskini artıran davranışlardan çəkinməlidirlər.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












