Bu manevr sürücünü qəza ilə üz-üzə qoya bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO

Bakıda sürücülərin qəfil manevrlər etməsi və zolaq dəyişərkən arxadakı nəqliyyat vasitələrini nəzərə almaması qəza riskini artıran əsas amillərdən biridir. Xüsusilə qarşıda maneə yarandıqda sürücünün yalnız önə deyil, güzgülər vasitəsilə arxadakı nəqliyyatın hərəkətinə də diqqət etməsi vacibdir.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sosial şəbəkədə paylaşdığı görüntü ilə sürücülərin bu məsələdə diqqətli olmasının vacibliyinə diqqət çəkib.
Mütəxəssis bildirib ki, qarşıda yük avtomobili dayandıqda sürücü sol zolağa keçməzdən əvvəl mütləq arxa güzgülərə baxmalıdır. Əks halda sağ və ya sol tərəfdən hərəkət edən digər avtomobillə toqquşma təhlükəsi yarana bilər.
“Qabaqda yük maşını dayanıb, biz sol zolağa keçirik. Güzgüyə baxırıq və görürük ki, sağdakı avtomobil bizimlə yük maşınının arasından keçməyə çalışır. Əgər qazdan ayağımızı çəkməsəydik, qəza baş verə bilərdi”, – deyə Aqil Rəhimov bildirib.
Onun sözlərinə görə, Bakı yollarında sürücülər digər hərəkət iştirakçılarının mümkün səhvlərini də əvvəlcədən nəzərə almalıdırlar.
“Bakı şəhərində avtomobil sürmək üçün bəzən psixoloq olmaq lazımdır ki, digər sürücülərin səhv hərəkətlərini vaxtında başa düşəsən. Qarşıda yük maşını və ya başqa maneə gördükdə dərhal güzgülərə baxın. Arxadan kimsə yaxınlaşırsa, qazdan ayağınızı çəkin və manevri daha təhlükəsiz şəkildə həyata keçirin”, – deyə vurğulayıb.
Aqil Rəhimov sürücülərə xüsusilə qəfil və instinktiv manevrlərdən çəkinməyi, zolaq dəyişməzdən əvvəl güzgüləri yoxlamağı və digər avtomobillərin hərəkətini nəzərə almağı tövsiyə edib.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












