Bu məntəqələrin yanından keçərkən sürəti azaldın – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə yol kənarında fəaliyyət göstərən təkər təmiri məntəqələrinin yaxınlığından keçərkən daha diqqətli olmağı tövsiyə edib.
Avtosfer.az xəbər verir ki, şəhərin müxtəlif ərazilərində, xüsusilə də hərəkətin intensiv olduğu yolların kənarında yerləşən təkər təmiri məntəqələrində çalışan ustalar bəzən avtomobillərin çox yaxınlığında işləməli olurlar. Bu isə gözlənilməz təhlükəli vəziyyətlərin yaranmasına səbəb ola bilər.
Aqil Rəhimov bildirib ki, sürücülər belə məntəqələrin yanından keçərkən yalnız qarşıdakı nəqliyyat vasitələrinə deyil, yol kənarında çalışan insanlara da diqqət yetirməlidirlər:
“Bəzən təkər təmiri ilə məşğul olan şəxs dizi üstə və ya qeyri-sabit vəziyyətdə işləyir. Həmin anda müvazinətini itirərək hərəkət hissəsinə doğru yıxılması mümkündür. Sürücü kifayət qədər məsafə saxlamadan onun yanından keçərsə, ciddi qəza baş verə və insan həyatı üçün təhlükə yarana bilər. Buna görə də belə hallarda avtomobili imkan daxilində bir qədər aralı idarə etmək, təhlükəsiz yan intervalını qorumaq vacibdir”.
Yol hərəkəti təhlükəsizliyində bəzən ən böyük risklər sürücülərin diqqət etmədiyi xırda detallardan qaynaqlanır. Uzun illər sükan arxasında olan bəzi sürücülər belə təhlükələri nəzərə almaya bilər, lakin peşəkar hazırlıq zamanı məhz bu kimi risk faktorlarına xüsusi diqqət yetirilir.
Aqil Rəhimov sürücülərə yol hərəkətində hər zaman ehtiyatlı olmağı, yol kənarında çalışan şəxslərin təhlükəsizliyini də nəzərə almağı tövsiyə edib.
Eltac Zülfüqaroğlu
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO












