Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO

Bakıda bəzi sürücülərin yol nişanlarının tələblərini düzgün anlamaması yol hərəkəti qaydalarının pozulmasına səbəb olur. Xüsusilə zolaqlar üzrə hərəkət istiqamətini göstərən nişanların digər məcburi hərəkət istiqaməti nişanları ilə qarışdırılması sürücülər arasında çaşqınlıq yaradır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov bu məsələ ilə bağlı sürücülərə xəbərdarlıq edib.
O, Bakının Mətbuat prospektində, “ASAN xidmət”in yerləşdiyi ərazidən aşağı enən yolda çəkdiyi videoda 5.8.1 nişanının tələblərini izah edib.
Aqil Rəhimov bildirib ki, 5.8.1 nişanı “zolaqlar üzrə hərəkət istiqamətləri”ni göstərir və nişan bütün yolayrıcına aiddir və kəsişən yolda ayrıca zolaq olsa belə, qətiyyən sola dönmək olmaz. Heç bir halda bu nişanın altında sola dönmək olmaz.
“Bu yaxınlarda taksidə gedirdim. Bu yolda gördüm ki, taksi sol zolaqdan sola dönmək istəyir. Sürücüyə dedim ki, nə edirsən? O isə bildirdi ki, bu nişanın yalnız yolayrıcındakı ayırıcı zolağa qədər qüvvədə olduğunu eşidib. Mən ona izah etdim ki, bu, 5.8.1 nişanıdır. Əgər bu nişan varsa, nə sağ zolaqdan, nə orta zolaqdan, nə də sol zolaqdan sola dönmək olmaz. Bu nişan bütün yolayrıcına aiddir”.
Məşqçi sürücünün “mənə kamera yazmadı” dediyini də qeyd edib və zarafatla “Yəqin kamerada oturanın nahar vaxtına düşmüsən, ona görə yazmayıb” cavabını verdiyini bildirib.
Aqil Rəhimov sürücülərə 5.8.1 nişanını 4.1.1 “Düzünə hərəkət” nişanı ilə qarışdırmamağı tövsiyə edib. Onun sözlərinə görə, 4.1.1 nişanı ilə 5.8.1 nişanının tətbiq sahələri fərqlidir.
“4.1.1 nişanı olduqda, yolayrıcında ayırıcı zolaq və ya beton arakəsmə varsa, sürücü öz hərəkət istiqamətinə uyğun olaraq sola dönə bilər. Amma 5.8.1 nişanı varsa, zolaqlar üzrə göstərilən istiqamətə riayət etmək lazımdır və sola dönmək qadağandır”, – deyə o vurğulayıb.
Bu qaydanın sürücülər tərəfindən düzgün bilinməsi vacibdir: “Mən elə bilirdim ki, bunu bütün şəhər bilir. Amma taksi sürücüsünün dedikləri məni məcbur etdi ki, bu məlumatı yeni sürücülərlə də paylaşım”.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












