Bu qaydalara əməl etməklə qışda qəzalardan sığortalana bilərsiz – Ustadan sürücülərə TÖVSİYƏ

Soyuq havalar yaxınlaşdıqca avtomobil sahiblərinin qışa hazırlıqla bağlı mühüm texniki tədbirləri vaxtında yerinə yetirməsi vacibdir. Qış mövsümündə hava şəraitinin dəyişməsi avtomobillərin istismarına birbaşa təsir göstərir. Buna görə də antifrizdən tutmuş təkərlərə qədər bir sıra detalların yoxlanılması təhlükəsiz sürücülük üçün zəruridir.
Avtomobil ustası Dəniz Ağabəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, ilk növbədə mühərrikin soyuducu mayesinin vəziyyəti yoxlanmalıdır:
.jpg)
“Qışa hazırlıqla bağlı avtomobillərin ilk növbədə antifrizləri, yəni mühərrikdəki soyuducu maye antifrizlə dəyişdirilmək lazımdır. Əgər avtomobildə hələ də su istifadə olunursa, mütləq şəkildə antifrizlə əvəz edilməlidir. Həmçinin, antifrizin vəziyyəti yağdəyişmə zamanı da yoxlanmalıdır ki, onun neçə dərəcəyə qədər donmaya qarşı qoruma təmin etdiyi bilinsin”.
Dəniz Ağabəylinin sözlərinə görə, mühərrik yağı da soyuq havalarda çox böyük rol oynayır:
“Soyuq iqlim şəraitinə malik rayonlarımızda, yəni mənfi 15-20 dərəcə şaxta müşahidə olunan ərazilərdə yağ seçiminə xüsusi diqqət edilməlidir. Bu hallarda “10W-40” və “15W-40” kimi yağlardan istifadə etmək düzgün deyil. Onların yerinə “0W-20”, “0W-15”, “5W-30” və ya “5W-40” kimi daha sintetik və soyuğa davamlı yağlardan istifadə olunmalıdır. Təbii ki, bu zaman avtomobilin istehsalçısının texniki göstərişlərinə də diqqət yetirilməlidir, çünki hər avtomobil üçün yağ fərqli ola bilər”.
O, həmçinin təkərlərin vəziyyətinə və protektor dərinliyinə də diqqət edilməsinin vacibliyini vurğulayıb:
“Əgər şinlər köhnəlibsə, onları mütləq yeniləri ilə əvəz etmək lazımdır. Rayon yerlərində yaşayanlar üçün qış təkərlərindən istifadə etmək tövsiyə olunur. Bakıda isə adətən çox soyuq və buzlu hava şəraiti olmadığı üçün yeni, keyfiyyətli təkərlər kifayət edir.
Avtomobilin alt hissəsindəki işlək detalların da yoxlanması qışa hazırlığın mühüm mərhələsidir. Asqı sistemindəki (sükan dartısı, qollar, birləşmə yerləri və s.) hissələr saz vəziyyətdə olmalıdır. Həmçinin, təkərlərin bucaq tənzimlənməsi (razval) düzgün olmalıdır ki, avtomobil yağışlı, qarlı və buzlu havalarda idarəetməni itirməsin”.
Dəniz Ağabəyli əlavə edib ki, bu sadə qaydalara əməl etməklə sürücülər qış mövsümündə baş verə biləcək qəzalardan sığortalanar və avtomobillərini hər zaman yola tam hazır vəziyyətdə saxlaya bilərlər.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












