Bu yolda manevr etmək qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO

Sürücülərin magistral və sürətli yollarda ötmə manevri zamanı yol şəraitini və ətrafdakı nəqliyyat vasitələrini düzgün qiymətləndirməməsi ağır qəzalara səbəb ola bilər. Xüsusilə yolun kənarında uçurum və ya dərinlik olan ərazilərdə bu cür manevrlər daha ciddi risk yaradır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücüləri ötmə zamanı ehtiyatlı olmağa çağırıb.
O bildirib ki, Sədərək yolu kimi sürətli hərəkətin mümkün olduğu yollarda sürücülər ötmə manevrinə başlamazdan əvvəl yolun hər iki tərəfini və arxadan gələn avtomobilləri diqqətlə nəzərdən keçirməlidirlər:
“Bax, bu sürətli yoldur. Magistral deyil, burada sürət həddi 90 km/saatdır. Amma xətası ondan ibarətdir ki, Sədərək yoludur və sağda uçurum var. Sağda uçurum var, orada qəbiristanlıq yerləşir. Uçuruma düşən maşınları, sürücüləri çox həvəslə həmin qəbiristanlıq qəbul edir”.
Aqil Rəhimov qeyd edib ki, qarşıda yavaş hərəkət edən yük maşını olduqda bəzi sürücülər dərhal ötməyə çalışır. Lakin bu zaman ilk növbədə arxa görüntü güzgülərinə baxmaq vacibdir.
Birinci güzgüyə baxırıq. Güzgüyə baxanda soldan sürətlə gələn maşınları görürük. Biz ötməyə gedən anda iki maşının arasında qala bilərik – soldakı və sağdakı avtomobilin. Sağdakı sola, soldakı sağa versə, qəza baş verə bilər. Bəxtimiz gətirməsə, həmin uçuruma da düşə bilərik.
Məşqçi bildirib ki, ötmə manevri yalnız qarşı zolağın və yan tərəfin tam təhlükəsiz olduğuna əmin olduqdan sonra həyata keçirilməlidir.
“İndi ötməyə gedirik, bu maşının da güzgüsünə baxırıq. Solda maşın olmadığını gördüyümüz üçün rahat şəkildə ötməyə gedirik. O bizi sağdan sıxışdırsaydı belə, sola qaçmağa tam imkanımız var, çünki sol tərəf boşdur”, – deyə Aqil Rəhimov vurğulayıb.
O, xüsusilə yolun kənarında uçurum, dərə və ya digər təhlükəli ərazi olan hissələrdə sürücüləri daha diqqətli olmağa çağırıb:
“Özünüzü qoruyun, xüsusilə sağda uçurum olanda və yaxud dərə olanda. Ötməyə getməmişdən qabaq yüz fikirləşin, yüz biçin, ölçün, ondan sonra ötməyə gedin”.
Məşqçinin sözlərinə görə, bir neçə saniyə qazanmaq naminə edilən yanlış ötmə manevri sürücü və digər hərəkət iştirakçıları üçün ağır nəticələrə səbəb ola bilər.
Eltac Zülfüqaroğlu
Avtomobilə taxılan üzlüklər qəza riskini artırır? – ARAŞDIRMA
Bu manevr sürücünü qəza ilə üz-üzə qoya bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bakıda sürücülər üçün gizli təhlükə – Sağa dönərkən DİQQƏT - VİDEO
Bakının mərkəzində sürücüləri çətin vəziyyətə salan yolayrıcı – VİDEO
Yolun ortasındakı kollar qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Piyadaların bu addımı qəza ilə nəticələnə bilər – Sürücülər bu təhlükəni görmür - VİDEO
Britaniyada stansiyalar yaxınlığında mənzil tikintisinə başlanılacaq - EKSPERT
Yaşıl işıqda edilən bu səhv qəza ilə nəticələnə bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Hazırkı yolları genişləndirməklə tıxacları həll etmək mümkün deyil - EKSPERT
Sürücülər tunelə girərkən niyə sürəti azaltmalıdır? – İZAH – VİDEO
Bir səhv manevr iki qəza yarada bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO










