Çəkələklə maşın sürənləri nə gözləyir? - İZAH - VİDEO

Ayaqyalın və ya şəp-şəpi ilə avtomobil idarə etməyə görə qanunvericilikdə hər hansı cərimə nəzərdə tutulmasa da, bu, sürücülər üçün ciddi təhlükə yarada bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov "Avto FM" radiosunun efirində danışıb.
Onun sözlərinə görə, yol polisi sürücüyə bu məsələ ilə bağlı irad tuta bilər, lakin yalnız şəp-şəpi və ya ayaqyalın avtomobil idarə etdiyinə görə cərimə tətbiq oluna bilməz.
Aqil Rəhimov bildirib ki, özü də bunu praktik olaraq sınaqdan keçirib:
"Maraq üçün bir dəfə bağda olarkən şəp-şəpi ilə avtomobil idarə etdim. Gördüm ki, ayaq qaz və ya əyləc pedalına hərəkət edir, amma şəp-şəpi gecikir. Yəni ayaq irəli gedir, şəp-şəpi isə yerində qalır. Bu da pedallara operativ reaksiya verməyə mane olur və qiymətli saniyələrin itirilməsinə səbəb ola bilər."
Şəp-şəpinin ayaqdan çıxaraq pedalların altına keçməsi ehtimalı da var. Bu isə xüsusilə qəfil əyləcləmə zamanı sürücünün avtomobili idarəetməsinə ciddi maneə yarada və yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.
Qəza əleyhinə kursların məşqçisi sürücülərə sükan arxasına keçərkən ayağı tam örtən, pedalları rahat hiss etməyə imkan verən və ayaqda möhkəm qalan ayaqqabılardan istifadə etməyi tövsiyə edib. Təhlükəsiz sürüş üçün düzgün ayaqqabı seçimi də ən azı digər təhlükəsizlik qaydaları qədər vacibdir.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












