Çin avtomobillərində sürücülərin ən çox üzləşdiyi problemlər bunlardır – Mütəxəssis AÇIQLADI

Çin istehsalı avtomobillərin sayı artdıqca, sürücülər də bu yeni texnologiyalara və funksiyalara alışmaqda müəyyən çətinliklərlə üzləşirlər. Eyni zamanda, servis xidmətlərinin məhdud olması da narahatlıqlara səbəb olur.
Bəs sürücülər Çin avtomobillərində ən çox hansı problemlə qarşılaşırlar?
Mövzu ilə bağlı avtomobil mütəxəssisi Elçin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, avtomobillərdə yaranan nasazlıqlar əsasən iki səbəbdən olur:

“Bunlardan biri istehsalçı qüsurlarıdır, digəri isə istismar qüsurlarıdır.
İstismar qüsurları üç əsas faktordan qaynaqlanır. Birincisi, sürücünün avtomobilə münasibətindən yaranan problemlərdir. İkincisi, yol şəraitindən irəli gələn qüsurlardır. Üçüncüsü isə servis xidmətindən qaynaqlanan problemlərdir.
Xüsusilə Çin istehsalı avtomobillər hələ yeni olduğu üçün istehsalçıların avtomobilin keyfiyyətini yoxlama və sınaq prosesləri davam edir. Buna görə də bu markalarda istehsal qüsurları müəyyən qədər olur. Çin avtomobillərinin arasında praktikaları daha çox, istehsal təcrübəsi yüksək olan modellərdə bu qüsurlar daha az müşahidə edilir.
Qeyd etmək lazımdır ki, Avropa, Amerika və Yaponiya avtomobillərində də qüsurlar tapılır və bu, istehsal təcrübəsi olan şirkətlər üçün təbii haldır.
Digər tərəfdən, sürücülərin avtomobili tam tanımaması və istifadə qaydalarını bilməməsi səbəbindən də problemlər yaranır. İnsanlar hələ avtomobillərə öyrəşməyib və təcrübələri azdır. Məsələn, plug-in hibrid avtomobillərdə akumulatorun müəyyən müddətdən bir tam doldurulması lazımdır ki, hüceyrələrin balansı təmin olunsun. Əks halda, bu balans pozula və nasazlığa səbəb ola bilər”.

Mütəxəssis əlavə olaraq qeyd edib ki, avtomobilin ötürmələr qutusunun tipindən asılı olaraq, ona düzgün yanaşmaq vacibdir:
“Yeni sürücülər bu sahədə hələ kifayət qədər təcrübə toplaymayıblar.
Son olaraq, servis xidmətləri məsələsi də mühüm rol oynayır. Bizdəki servis işçiləri yeni avtomobillərə tam alışmayıblar, servis manuaları geniş yayılmayıb və bəzi dillerlərdə də çatışmazlıqlar var. Satışda olmayan avtomobillərə xidmət göstərməkdə çətinliklər yaşanır.
Bütün bu amillər nəzərə alınsa, yaxın gələcəkdə hər kəsin təcrübə toplayacağına ümid etmək olar”.
Eltac Zülfüqaroğlu
Sentyabr ayında qəzalarda ölənlərin sayı bu səbəblərə görə artıb – EKSPERT - VİDEO
Yaşıl işıqda dönən sürücüyə cərimə yazıla bilər? – İZAH – VİDEO
Sağ zolaqda bu hərəkətə görə cərimə yazılır? – Qanun nə deyir – VİDEO
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO











