Banner

Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO

Öyrənək 6 Noyabr 2026 20:30
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
WhatsApp kanalımıza abunə olun

Dəmir yollarında təhlükəsizlik yalnız qatarların hərəkətinin təşkili və texniki nəzarətlə məhdudlaşmır. Bu, eyni zamanda dəmir yolu xətlərinin ətrafında yaşayan insanların, xüsusilə də uşaqların həyat və sağlamlığının qorunması ilə bağlı mühüm məsələdir.

Avtosfer.az xəbər verir ki, bəzi ərazilərdə dəmir yolunun mühafizə zolağına dair tələblərə əməl olunmur, relslərin yaxınlığında yaşayış evləri tikilir. Nəticədə, hər gün qatarların hərəkət etdiyi ərazilərdə yaşayan ailələr və uşaqlar potensial təhlükə ilə üz-üzə qalırlar.

Bununla yanaşı, dəmir yolu infrastrukturuna qarşı məsuliyyətsiz davranışlar da narahatlıq doğurur. Belə ki, relslərin üzərinə daş, metal parçaları, təkərlər və digər ağır əşyaların qoyulması qatarların hərəkəti üçün ciddi risk yaradır. Bəzən bu cür əməllərin azyaşlılar tərəfindən törədilməsi, qatarların daşlanması və vaqonların şüşələrinin sındırılması halları ilə də qarşılaşılır. Bu isə təkcə maddi ziyan deyil, həm də sərnişinlərin və dəmir yolu əməkdaşlarının həyatı üçün təhlükə deməkdir.

Belə halların qarşısının alınmasında aidiyyəti dövlət qurumlarının, yerli icra strukturlarının və vətəndaşların məsuliyyəti, eləcə də valideyn nəzarətinin rolu xüsusi əhəmiyyət daşıyır. Bəs dəmir yollarının mühafizə zolağında qanunsuz tikililərin qarşısının alınmasına kim cavabdehdir? Təhlükəli ərazilərdə yaşayan ailələrin və uşaqların təhlükəsizliyi necə təmin olunmalıdır? Dəmir yolu infrastrukturuna qəsdən zərər vuran şəxslərə qarşı hansı tədbirlər görülməlidir?

Bu və digər sualları Milli Məclisin deputatı Arzuxan Əlizadəyə ünvanladıq.

Deputatla müsahibənin videosunu sizə təqdim edirik:

YouTubehttps://www.youtube.com/watch?v=0IpyGJtqnN0

 

 

Oxunub : 228
ŞƏRH YAZ
Ad

E-mail

Şərh