Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO

Yol hərəkətində motosiklet və digər kiçik nəqliyyat vasitələrinin böyükölçülü avtomobillərin kor zonasında və manevr sahəsində hərəkət etməsi ciddi təhlükə yaradır. Xüsusilə avtobusların döngələrdə sola və ya sağa dönməsi zamanı sürücülərin ehtiyatsız davranması qəza ilə nəticələnə bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bununla bağlı sürücülərə xəbərdarlıq edib.
O, sosial şəbəkədə paylaşdığı videoda “Nəriman Nərimanov” metrosu yaxınlığında, təmir işləri aparılan və konuslarla ayrılmış yol sahəsində avtobusun döngədə etdiyi manevri nümayiş etdirib.
Məşqçi bildirib ki, həmin ərazidə avtobusun yanında hərəkət etməmək, hətta svetoforun yaşıl işığı yandıqdan sonra belə avtobusun manevrini başa çatdırmasını gözləmək daha təhlükəsizdir. Böyükölçülü nəqliyyat vasitələrinin dönərkən tutduğu sahə geniş olduğundan yaxınlıqda hərəkət edən motosikletçilər və digər sürücülər sıxılaraq bordürə çırpıla və ya avtobusun altında qala bilərlər.
Aqil Rəhimov qeyd edib ki, bəzi sürücülər avtobusun ölçülərini və dönmə zamanı yaranan təhlükəni nəzərə almadan onun yanından keçməyə çalışırlar. Halbuki belə hallarda bir neçə saniyə gözləmək mümkün qəzanın qarşısını ala bilər.
Məşqçi sürücüləri diqqətli olmağa, böyükölçülü nəqliyyat vasitələrinin manevr sahəsinə daxil olmamağa və xüsusilə döngələrdə onlardan təhlükəsiz məsafə saxlamağa çağırıb.
Eltac Zülfüqaroğlu
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər












