“Döngədən sonra sükan əvvəlki vəziyyətinə qayıtmırsa. . .” – USTA SƏBƏBLƏRİ AÇIQLADI - FOTO

Avtomobil sürərkən sükan çarxının buraxıldıqdan sonra avtomatik olaraq düz vəziyyətə qayıtması bir çox sürücü üçün adi bir hal kimi görünsə də bu prosesin arxasında mürəkkəb mühəndislik prinsipləri dayanır.
Avtosfer.az xəbər verir ki, hər gün milyonlarla sürücü bu xüsusiyyətdən istifadə edir, lakin onların əksəriyyəti bu texnologiyanın nə qədər əhəmiyyətli və funksional olduğunun fərqində belə deyil.
Avtomobilin əsas idarəetmə komponentlərindən olan sükan mexanizmi, təkərlərin hərəkət istiqamətini dəyişməklə yanaşı, onların düz xətt üzrə hərəkətini də təmin edir. Mütəxəssislər bildirirlər ki, sükan çarxının özünü mərkəzə qaytarması asqı sistemi və sükan mexanizminin qarşılıqlı iş prinsipi ilə əlaqədardır.
Sistem sükan kolonu və onunla bağlı olan birləşdirici millər vasitəsilə işləyir. Dönüş zamanı bu komponentlər təkərlərə müəyyən bucaq verir, lakin sükan buraxıldıqda bu mexanizm təkərləri yenidən düz vəziyyətə qaytarır. Sükanın öz-özünə düzəlməsi əsasən təkər bucağı və onun üfüqi müsəviyə nisbətən meyli ilə əlaqədardır. Bu bucaq, dönüş zamanı dəyişərək avtomobilin sabitliyinə təsir edir və dönüş bitdikdən sonra yenidən tənzimlənir.

Bu mühəndislik prinsipinə yalnız avtomobillərdə deyil, gündəlik həyatda istifadə etdiyimiz alış-veriş arabaları və təkərli ofis kreslolarında da rast gəlinir. Onlardakı fırlanma oxları da bənzər funksiyanı yerinə yetirərək rahatlıq təmin edir.
Avtomobillərdə sükanın mərkəzə avtomatik qayıtması, xüsusilə uzun səfərlərdə və ya sıx nəqliyyat şəraitində sürücünün fiziki yorğunluğunu azaltmağa kömək edir. Yeni sürücülər üçün isə bu texnologiya daha təhlükəsiz və sadə idarəetmə imkanı yaradır.
Mövzu ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli saytımıza açıqlamasında bildirib ki, sükan hidrogücləndiriciləri yağla işləyən sistemlərdir, elektron gücləndiricilər isə elektrik enerjisi ilə fəaliyyət göstərir:

“Yağla işləyən sistemlərdə sükanın öz yerinə qayıtması birbaşa sükan mexanizminin üzərinə düşür. Bəzi avtomobillərdə sükan sistemində amortizator da olur ki, bu da dairəyə daxil olduqda sükanı buraxdığınız zaman onun əvvəlki vəziyyətinə qayıtmasına kömək edir.
Elektron sükan sistemləri isə elektriklə idarə olunan müasir texnologiyalı sistemlərdir.
Əgər avtomobil döngəyə və ya dairəyə girdikdə sükan öz-özünə geri qayıtmırsa, bu problemin bir neçə səbəbi ola bilər. Yağla işləyən sükan sistemlərində bu, sükan mexanizminin alt hissələrindəki amortizatorla bağlı nasazlıqdan qaynaqlana bilər. Digər səbəb isə sükan sistemində aparılan tənzimləmələrin həddindən artıq sərt olması və ya sükan gücləndiricisinin təmirindən sonra düzgün quraşdırılmamasıdır”.

Mütəxəssislər qeyd edirlər ki, sükan texnologiyasında baş verən davamlı modernləşmə gələcəkdə sürücülük təcrübəsini daha da təkmilləşdirəcək. Beləliklə, sürücülər nəqliyyat vasitələrini daha təhlükəsiz, rahat və yorulmadan idarə edə biləcəklər.
Eltac Zülfüqaroğlu
Bakının mərkəzində sürücüləri çətin vəziyyətə salan yolayrıcı – VİDEO
Yolun ortasındakı kollar qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Piyadaların bu addımı qəza ilə nəticələnə bilər – Sürücülər bu təhlükəni görmür - VİDEO
Britaniyada stansiyalar yaxınlığında mənzil tikintisinə başlanılacaq - EKSPERT
Yaşıl işıqda edilən bu səhv qəza ilə nəticələnə bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Hazırkı yolları genişləndirməklə tıxacları həll etmək mümkün deyil - EKSPERT
Sürücülər tunelə girərkən niyə sürəti azaltmalıdır? – İZAH – VİDEO
Bir səhv manevr iki qəza yarada bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO










