Dönmə işığından düzgün istifadə edə bilməyənlər mütləq oxusun - XƏBƏRDARLIQ

Paytaxt yollarında sürücü davranışları yenidən müzakirə mövzusuna çevrilib. Qeyd olunur ki, işıq siqnallarından səhv və ya gec istifadə edən sürücülərin yaratdığı təhlükəli vəziyyətlər həm nəqliyyat axınına mane olur, həm də qəza riskini artırır. Sürücülərin bəzən sağdan gəlib siqnal vermədən sola hərəkət etməsi, ən sol zolaqda hərəkət edənlərin isə qəfil sağa dönməsi digər yol hərəkəti iştirakçılarını çətin vəziyyətdə qoyur. Məsələn, sürücü sağ zolaqdan gəlir, amma sonra siqnal vermədən soldan düz davam edir. Yaxud da ən sol zolaqda hərəkət etdiyi halda birdən-birə sağa manevr edir. Magistral yollarda isə dönmə yerinə kilometrlərlə məsafə qaldığı halda siqnalı yandırıb aşağı sürətlə sol zolağı zəbt edən “sürücülər” də var. Məsələn, hərəkət zamanı görürsünüz ki, geriyə dönmək yerinə hələ 5 km qalıb, amma sürücü artıq dönmə siqnalını yandırıb ki, guya sola və ya geriyə dönəcək. Sol zolağa keçir və heç kimə yol vermir.
Sosial şəbəkələrdə yayılan görüntüdə xanım sürücü iddia edir ki, “Ford Mustang” markalı avtomobilin sürücüsü kənar sağ zolaqda hərəkət zamanı avtomobilin arxa işıqlarını yandırıb söndürərək işıq siqnalı verir. Ancaq sonra da elə həmin zolaqla düz gedir. “Əgər sən düz gedəcəksənsə niyə sağla ən kənar solaqla sağa dönmək istıyən maşına işıq yandırırsan?” - deyə, irad bildirib.

Avtosfer.az-a açıqlama verən ekspert Aqil Rəhimovun sözlərinə görə, sürücülərin çoxu elə bilir ki, dönmə işıqları o qədər də vacib deyil, xırda məsələdir: “Onlar anlamırlar ki, məhz belə “xırda” məsələlər böyük faciələrə gətirib çıxara bilər. Manevr bitən kimi dönmə işıqlarını söndürmək lazımdır. Məsələn, ötməyə gedirsinizsə, əvvəlcə zolaq dəyişmək üçün dönmə işığını yandırırsınız, ötdükdən sonra sağa keçərkən sağ dönmə işığını yandırırsınız və zolağı dəyişən kimi siqnalı söndürməlisiniz. Dönmə işıqları son dərəcə vacibdir. Qanuna görə, hərəkətə başladıqda, sağa və sola döndükdə, zolaqları dəyişdikdə, geriyə döndükdə və dayanarkən dönmə işığından istifadə edilməlidir. Təəssüf ki, sürücülərin çoxu bu qaydalara əməl etmir. Bəzən görürsən ki, sağ siqnalı yandırıb sola dönürlər, sola yandırıb sağa gedirlər, ümumiyyətlə, işıq yandırmırlar və ya son anda siqnal verirlər”.
Ekspert sürücülərin hərəkət zamanı diqqətli etməli olduğu məqamları da bildirib: “Şəhər kənarında manevr yerinə təxminən 100–200 metr qalmış siqnal vermək lazımdır. Şəhər daxilində isə 20–50 metr əvvəl dönmə işığının yandırılması daha məqsədəuyğundur ki, digər sürücülər hərəkəti əvvəlcədən dərk edə bilsin. Dönmə işıqlarının həddindən tez yandırılması da sürücüləri çaşdıra bilər. Qanun belə deyir ki, əgər siqnal ətrafdakıları çaşdıracaqsa, bu halda dönmə işığını ümumiyyətlə, yandırmamaq daha düzgün sayılır”.
Nurcan Babək
Taksi sürücüləri üçün VACİB XƏBƏR
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT










