Dönmə və zolaq dəyişmədə sürücülər hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə mürəkkəb yol şəraitində düzgün manevr və dönmə qaydaları ilə bağlı vacib tövsiyələr verib.
Avtosfer.az xəbər verir ki, Aqil Rəhimov xüsusilə dönmə zolaqlarında və sıx hərəkət zamanı sürücülərin tələskən qərarlar verməsinin təhlükəli nəticələr yarada biləcəyini bildirib. Onun sözlərinə görə, bəzi sürücülərin son anda zolaq dəyişməsi və dönmə hissəsinə düzgün daxil olmaması həm nəqliyyat axınına mane olur, həm də qəza riskini artırır.
Sürücülər dönmə manevri zamanı əvvəlcədən düzgün mövqe seçməli, avtomobili kəskin deyil, mərhələli şəkildə idarə etməlidirlər. O bildirib ki, dönmə zamanı sükanın tam çevrilməsi və avtomobilin sürətinin düzgün tənzimlənməsi xüsusi önəm daşıyır.
Aqil Rəhimov motosiklet və digər kiçik nəqliyyat vasitələrinin hərəkətdə nəzərə alınmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, sürücülər manevr zamanı ətrafdakı nəqliyyat vasitələrini diqqətlə izləməli, xüsusilə “kor zona” riskini nəzərə almalıdırlar.
Sürücülər dönmə zamanı ani əyləc və sərt qaz verməkdən çəkinməlidirlər. O bildirib ki, avtomobilin sabit və kontrollu idarə olunması həm təhlükəsizliyi artırır, həm də nəqliyyat axınının daha rahat təşkilinə kömək edir.
Qəza əleyhinə kursların məşqçisi sürücülərə yolda diqqətli olmağı, manevrləri əvvəlcədən planlaşdırmağı və digər hərəkət iştirakçılarına qarşı anlayışlı davranmağı tövsiyə edib.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












