Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO

Avtomobillə dönmə zamanı düzgün mövqe seçilməməsi həm digər sürücülərin hərəkətinə mane olur, həm də yollarda tıxacların yaranmasına səbəb olur. Xüsusilə ikinci dərəcəli yoldan əsas yola çıxarkən düzgün manevr etmək və zolaqları əvvəlcədən müəyyənləşdirmək vacibdir.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu barədə danışarkən sürücülərin dönmə zamanı yol verdikləri səhvlərə diqqət çəkib.
O bildirib ki, ikinci dərəcəli yoldan Heydər Əliyev prospektinə çıxan bəzi sürücülər dönmə radiusunu düzgün seçmədikləri üçün manevri çətinliklə yerinə yetirirlər. Belə ki, sürücülər yolun kənarındakı sarı xəttə yaxın mövqe tutaraq uyğun zolağa yönəlmək əvəzinə, avtomobili daha solda saxlayır və dönmə zamanı ikinci zolağa çıxmağa çalışırlar.
Aqil Rəhimovun sözlərinə görə, eyni hal “Toyota Prius” markalı avtomobilin sürücüsünün hərəkətində də müşahidə olunur. Sürücü sağ zolağa dönmək üçün düzgün mövqe tutmadığından manevr zamanı çətinlik yaranır və hərəkətə davam etmək üçün gözləməli olur.
Bu cür yanlış manevrlər digər nəqliyyat vasitələrinin hərəkətinə mane olaraq yollarda sıxlığın yaranmasına şərait yaradır.
Onun sözlərinə görə, sürücülər dönməzdən əvvəl düzgün mövqe tutmalı, hərəkət istiqamətinə uyğun zolağı seçməli və manevri mümkün qədər rahat şəkildə həyata keçirməlidirlər. Bu zaman yol şəraiti, nişanlanma xətləri və hərəkət zolaqlarının təyinatı nəzərə alınmalıdır.
Aqil Rəhimov sürücüləri dönmə zamanı daha diqqətli olmağa və digər hərəkət iştirakçılarına maneə yaratmamağa çağırıb.
Eltac Zülfüqaroğlu
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO












