Ehtiyat hissələrinin yüngülləşdirilməsi avtomobilin sürət və çevikliyinə necə təsir edir? – AVTOMOBİL USTASI

Yeni nəsil avtomobil detalları istehsalçıların bir çox modellərdə yanacaq səmərəliliyini artırmaq, sürətlənməni optimallaşdırmaq və avtomobilin çevikliyini təmin etmək məqsədilə yüngülləşdirilir.
Lakin bəzi sürücülər və ekspertlər bu dəyişikliklərin avtomobilin təhlükəsizliyinə və uzunmüddətli dayanıqlığına təsir edə biləcəyini düşünür. Xüsusilə kapot, qapı və digər xarici elementlərin daha yüngül olması qəzalar zamanı qoruma səviyyəsini azalda bilər.
Bununla belə, müasir texnologiyalar, hava yastıqları və struktur dəstəklər bu fərqləri kompensasiya edir.
Bəs belə yüngülləşdirilmiş detallar avtomobilin təhlükəsizlik və keyfiyyət göstəricilərinə ciddi təsir göstərə bilərmi?
Mövzu ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobillərin bəzi detallarının çəkisinin az olması ilə bağlı çoxlu şikayətlər var:

“Daha çox bu məsələ sosial şəbəkələrdə paylaşılır; misal üçün, 2024-2025-ci il model avtomobillərin bəzi detalları əvvəlki illərin modellərinə nisbətən yüngüldür.
İndiki model avtomobillərin, istər Almaniya, istər Amerika, istər Çin, istərsə də digər markalar olsun, yeni nəsil avtomobillərin hər birinin detalları əvvəlki illərin avtomobillərinə görə həm çəkidən daha azdır, həm də detalın qalınlığına bir o qədər diqqət yetirilməyib. Daha çox avtomobilin içərisində hava yastıqları təhlükəsizliyi artırır, lakin kırlalar, kapotlar, qapılar kimi xarici elementlərin ağırlığı əvvəlki modellərlə müqayisədə fərqlidir. Bu fərq yarıya qədər ola bilər.
Avtomobillərin ümumi çəkisində isə fərq çox böyük deyil, təxminən 300-500 kiloqram arasında dəyişir. Bununla belə, avtomobillərin keyfiyyətinə ciddi təsir etmir”.
Usta əlavə olaraq qeyd edib ki, alt işlək hissələr, həmçinin plug-in hibrid modellərdəki batareyalar avtomobilin balansını təmin edir:
“Batareyalar əvvəlcə metal olan hissələrin yerini tutaraq çəkini tənzimləyir və bu, avtomobilin daha sürətli sürətlənməsinə, yanacaq sərfiyyatının azalmasına və çevikliyin artmasına kömək edir.
Yəni, yeni nəsil avtomobillərin hər birində bu çəki azlığı müşahidə olunur. Lakin avtomobilin təhlükəsizliyi baxımından, yeni nəsil modellərdə əvvəlkilər qədər metalın qalınlığı ilə qorunma təmin olunmur”.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












