Elektromobil, yoxsa plug-in hybrid? Hansı daha çox məsləhət görülür? – USTADAN TÖVSİYƏ - FOTO

Elektromobillərin sürücülük rahatlığı və ekoloji üstünlükləri danılmazdır. Lakin uzun səfərlər zamanı bu nəqliyyat vasitələrinin müəyyən məhdudiyyətləri də ortaya çıxır. Ən böyük problem yüklənmə (doldurma) infrastrukturunun yetərincə geniş yayılmamasıdır. Şəhərdaxili istifadə üçün kifayət qədər əlçatan olan şarj məntəqələri, magistral yollarda və rayonlarda çox azdır. Bu isə sürücülərin uzun məsafələri planlaşdırarkən ciddi narahatlıqlar yaşamasına səbəb olur.
Bundan başqa, elektromobillərin batareyasının soyuk havada daha tez boşalması, şarj prosesinin gözlənildiyindən uzun çəkməsi və bəzi hallarda servis xidmətlərinin əlçatan olmaması da əlavə çətinliklər yaradır.
Bütün bunları nəzərə alaraq sual yaranır: Uzun səfərlərdə elektromobil sürücüləri hansı çətinliklərlə üzləşirlər və bu problemlərin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli Avtosfer.az-a açıqlamsında bildirib ki, indiki dövrdə elektromobillərə plug-in hibridlərdən daha çox tələbat var:

“Amma bir vaxtlar var idi ki, elektromobillər daha çox alınır, daha çox istifadə olunurdu. Bəzi sürücülərimiz bunlardan istifadə etdikdən sonra gördülər ki, məsələn, uzaq rayonlarda qalanlar – Gəncə, Qazax, Goranboy, Şəmkir, yəni Azərbaycanın uzaq rayonlarına gedənlər üçün vəziyyət fərqlidir. Avtomobili “400 km gedir” adı ilə alırlar, amma yola çıxdıqları zaman baxırlar ki, 200-250 km-də elektrik bitir. Niyə? Çünki avtomobilin içərisində olan sərnişinlərin sayı çox olduqda, kondisionerdən çox istifadə etdikdə, gecə işıqdan çox istifadə edildikdə onun enerjisində azalma olur.
Bir az da aqressiv sürüş tərzi olduğu zaman daha tez enerjinin bitməsi baş verir. Enerji bitdiyi zaman isə sürücüləri ən çox narahat edən şeylərdən biri elektrik doldurma mərkəzlərinin, yəni EDM-lərin sayının az olmasıdır. Hətta EDM-lərin sayı normal olsa belə, ailə ilə, uşaqla və ya digər ailə üzvləri ilə gedirsinizsə, avtomobili 1 saat, saat yarım, hətta 2 saata yaxın doldurma məntəqəsində gözləməlisiniz ki, batareyalar yenidən dolsun və sonra yola davam edə biləsiniz. Bu da sürücülərdə diskomfort yaradır. Məsələn, 3-4 saatlıq yol 6-7 saata qədər uzanır, bu da sürücülərə əlavə əziyyət deməkdir”.

Usta qeyd edib ki, yəni biz ustalar özləri də hələ ki, elektromobillərin yox, plug-in hibridlərin tərəfdarıdır:
“Çünki plug-in hibridlər həm benzinlə, həm də elektriklə işləyir və bu ikisini birləşdirir. Biz ustalar olaraq hələ ki, elektromobillərdən daha çox plug-in hibridlərin tərəfdarıyıq. Çünki sürücülərimiz hələ tam hazır deyillər, uzaq rayonlara gedəndə əziyyət çəkirlər”.
Eltac Zülfüqaroğlu
Piyadaların bu addımı qəza ilə nəticələnə bilər – Sürücülər bu təhlükəni görmür - VİDEO
Britaniyada stansiyalar yaxınlığında mənzil tikintisinə başlanılacaq - EKSPERT
Yaşıl işıqda edilən bu səhv qəza ilə nəticələnə bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Hazırkı yolları genişləndirməklə tıxacları həll etmək mümkün deyil - EKSPERT
Sürücülər tunelə girərkən niyə sürəti azaltmalıdır? – İZAH – VİDEO
Bir səhv manevr iki qəza yarada bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ
Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO










