Günəşli havada park halında olan maşının salonunu necə sərin saxlamaq olar? – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - FOTO

Avtomobilə minərkən oturacağın qızmar olması və sükan çarxına toxunarkən əlin yanması yay aylarında sürücülərin ən çox narazı qaldığı hallardandır. İsti havalarda avtomobilin içi cəhənnəm kimi qızır və bu, nəinki narahatlıq, həm də sağlamlıq və təhlükəsizlik baxımından ciddi problemə çevrilir.
Avtosfer.az xəbər verir ki, həddindən artıq qızmış avtomobil salonu xüsusilə uşaqlar, yaşlılar və ev heyvanları üçün təhlükə yaradır. İsti vuruş, təzyiqin qalxması və hətta huşun itirilməsi kimi hallar baş verə bilər. Bundan əlavə, avtomobilin salonundakı materiallar zədələnir, yanacaq sərfiyyatı artır və qəza riski yüksəlir.
Avtomobilinizi sərin saxlamağın effektiv yolları bunlardır:

Günəşdən qoruyucu pərdələr və filmlərdən istifadə: Bu vasitələr şüşələrdən daxil olan günəş şüalarının qarşısını alaraq salonun qızmasının qarşısını alır. UV şüalarının avtomobilin salonunu soldurmasının qarşısı da alınır.
Portativ ventilyatorlar: Xüsusilə kondisionerin zəif işlədiyi hallarda avtomobilin içində hava axını yaradır və rahatlıq təmin edir.
Oturacaq soyuducuları: Dəri oturacaqlar yayda sürətlə isinərək narahatlıq yaradır. Soyuducu funksiyalı oturacaq örtükləri bu problemi azaldır.

Kölgəli yerlərdə park: Mümkün olduqda avtomobili ağac altı və ya binaların kölgəsində saxlamaq daxili istiliyi azaldır.
Pəncərələri bir qədər aralı qoymaq: Havanın dövriyyəsini təmin edərək isti havanın avtomobildən çıxmasına kömək edir. Lakin təhlükəsizlik məqsədilə pəncərələri tam açmaq olmaz.
Effektiv kondisioner istifadəsi: Kondisionerin normal işləməsi üçün filtr və soyuducu qazın vəziyyəti mütəmadi yoxlanmalıdır.

Hava sirkulyasiyası düyməsindən istifadə: Avtomobildəki daxili hava dövriyyəsi funksiyası ilə kondisionerin səmərəliliyi artır və avtomobil daha tez soyuyur.
Bu üsullarla siz avtomobilinizi yay istisindən qoruyaraq həm sərinliyi təmin edə, həm də təhlükəsiz səyahət edə bilərsiniz.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












