Gürcüstanda əcnəbilərin avtomobil alması üzrə rüsumlar artırılır - MƏBLƏĞ

Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyinin bəzi xidmətləri üzrə yeni rüsumlar tətbiq olunacaq.
Avtosfer.az xəbər verir ki, bununla bağlı qanun layihəsi hazırlanıb.
Sənədə əsasən, Gürcüstanda xarici ölkə vətəndaşlarının alacağı və yaxud təkrar ixrac edəcəyi nəqliyyat vasitələri ilə bağlı rüsumlar artırılacaq.
Tranzit nömrənin verilməsinə görə 50 lari (32 AZN) həcmindəki hazırkı rüsum 370 lariyə (233 AZN) qədər qaldırılacaq. Gürcüstanda alınan və yaxud təkrar ixrac üçün nəzərdə tutulan bir nəqliyyat vasitəsi üçün müvafiq ekspertiza aktının tərtib olunmasına görə isə rüsum 180 lari (113 AZN) həcmində müəyyən ediləcək. Bu rüsum hazırda 100 lari (63 AZN) təşkil edir.
İxrac və ya təkrar ixrac üçün nəzərdə tutulan nəqliyyat vasitəsi üçün agentlik tərəfindən gömrük bəyannaməsinin və yaxud qeydiyyat şəhadətnaməsinin doldurulması üçün rüsum isə 130 laridən (82 AZN) 200 lariyədək (126 AZN) artırılacaq.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 181 milyon ABŞ dolları dəyərində 6 771 ədəd minik avtomobili ixrac olunub. (Apa)
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












