Hazırkı yolları genişləndirməklə tıxacları həll etmək mümkün deyil - EKSPERT

“Axır-əvvəl hamı anlayır ki, mövcud yolları genişləndirməklə tıxacları həll etmək mümkün deyil. Amma bunu başa düşməklə real alternativlər yaratmaq arasında bəzən illər keçir”.
Avtosfer.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Anar Əliyev öz sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, İndoneziyanın paytaxtı Cakarta şəhəri bunun yaxşı nümunəsidir. Əvvəlcə cüt və tək nömrələr qaydasını tətbiq etdilər: avtomobilin nömrəsi cütdürsə, yalnız cüt tarixlərdə, təkdirsə, tək tarixlərdə hərəkət etmək olardı. Məntiq sadə idi: yollardakı avtomobillərin sayı təxminən iki dəfə azalmalı idi.
“Amma bu, uzunmüddətli həll olmadı. İnsanlar ilk fürsətdə ikinci avtomobil almağa başladılar və nəticədə yollardakı avtomobillərin sayı yenidən artdı. Paris və digər şəhərlərin təcrübəsi də göstərdi ki, belə məhdudiyyətlər insanları avtomobildən imtina etməyə yox, qaydaya uyğunlaşmağa sövq edir.
Cakartada daha sonra başqa üsul sınadılar: pik saatlarda avtomobildə ən azı 3 nəfər olmalı idi. Qaydanı pozmamaq üçün isə “jockey” adlı yeni “peşə” yarandı — insanlar pul qarşılığında avtomobilə minib sürücüyə tələb olunan sayda sərnişini təmin edirdilər. Nəticədə qayda daha çox xaos yaratdı və 2016-cı ildə ləğv edildi”.

Ekspert qeyd edib ki, Cakarta tıxacları inzibati məhdudiyyətlərlə həll etmək əvəzinə ictimai nəqliyyata investisiya etməyə başladı: BRT və ayrılmış avtobus zolaqları genişləndirildi, relsli nəqliyyat inkişaf etdirildi.
Yəni şəhər nəhayət düzgün istiqamətə keçdi: insanlara “maşından istifadə etməyin” demək əvəzinə sürətli və rahat alternativlər yaratmağına yönləndi. Asiya, Avropa, Amerika - qitədən asılı olmayaraq bu islahat effektivliyini sübut edir.
Səfər
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












