Həm qırıq-qırıq xətt var, həm də ötmə qadağandır nişanı; Sürücü hansına əməl etməlidir? – ƏRŞAD HÜSEYNOV - FOTO

Bəzən yollarda sürücüləri çaşdıran mənzərələrlə rastlaşmaq olur. Bunun nəticəsində ya ağır qəzalar baş verir, ya da sürücülər cərimələnə bilir.
Avtosfer.az-ın sosial şəbəkə hesabına sürücülərdən biri tərəfindən sorğu daxil olub. Sorğuda bildirilir ki, yolun kənarında “Ötmək qadağandır” nişanı qoyulub, amma həmin istiqamətdə hərəkət zolaqlarını ayıran xətt isə qırıq-qırıq formada çəkilib (1.5). Bir tərəfdən nişan sürücüyə “ötmə” deyir, digər tərəfdən isə yolun xətti “ötə bilərsən” mesajı verir. Belə ziddiyyətli vəziyyətdə sürücünün hansı qaydaya əməl etməsi vacibdir? Polis sürücünü cərimələyə bilərmi?

Məsələ ilə bağlı hüquqşunas Ərşad Hüseynov saytımıza bildirib ki, belə vəziyyət ümumiyyətlə olmamalıdır:
“Əgər “Ötmək qadağandır” nişanı daimi nişandırsa və yolda hərəkətin təşkili aparılaraq xətlənmə işləri görülübsə, həmin xətlər mütləq bütöv olmalıdır – həm əks istiqamətli, həm də eyni istiqamətli zolaqlar arasında. Əgər belə deyilsə və zolaqlar arasında qırıq-qırıq xətt çəkilibsə, bu artıq hərəkətin təşkilində ciddi qüsur deməkdir.
“Ötmək qadağandır” nişanı sürücüyə zolaq dəyişməyi qadağan edir, qırıq-qırıq xətt isə əksinə, zolaq dəyişməyə icazə verir. Bu isə hərəkətin təşkili baxımından açıq-aşkar ziddiyyət yaradır. Belə şəraitdə sürücülər xüsusilə diqqətli olmalı, ehtiyatla davranmalı və ötmənin digər qaydalarına ciddi riayət etməlidirlər.
Əgər daimi quraşdırılmış (yəni müvəqqəti olmayan) “Ötmək qadağandır” nişanı olan yolda zolaqlar arasında qırıq-qırıq xətt çəkilibsə və sürücü belə şəraitdə ötmə manevri edibsə, bu zaman ötmənin digər qaydalarını pozmayıbsa – məsələn, sərt döngədə, yaxud yoxuşun başında ötməyibsə, qarşıdan gələnə və ya arxadan gələnə mane olmayıbsa – bu halda ona cərimə yazılması düzgün hesab edilə bilməz”.
Fidan
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












